Mehdi(əs)
Dövrümüzdən 1400 il əvvəl, Peyğəmbərimiz (s.ə.v), Allahın lütfü ilə, özündən tam 14 əsr sonra yaşayacaq bir “hidayət öndəri” haqqında mükəmməl dərəcədə heyrətləndirici təfərrüatlar vermişdir. Bu hidayət öndəri, Axırzamanda ortaya çıxacağı və bütün yer üzünə İslam əxlaqını hakim edəcəyi müjdələnən, bütün müsəlmanların böyük sevgi, məhəbbət və həsrətlə gözlədiyi hz. Mehdi (ə.s)-dır.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, ondan sonrakı əsrlərdə reallaşacaq hadisələri, həm də insanlar haqqında bu qədər çox və bu qədər təfərrüatlı məlumatları xəbər verən başqa heç kim yoxdur. Hədislərdə, hz. Mehdi (ə.s) ilə yanaşı hz. İsa (ə.s)-ın da Axırzamanda yer üzünə ikinci dəfə gələcəyi və dəccalın da ortaya çıxacağı xəbər verilmişdir. Ancaq, nə hz. İsa (ə.s), nə də dəccal haqqında, hz. Mehdi (ə.s) qədər heyrətləndirici və ətraflı məlumatlar verilməmişdir.
Hədislərdə, hz. Mehdi (ə.s)-ın əxlaqı, həyatı və edəcəyi fəaliyyətləri kimi, fiziki xüsusiyyətləri haqqında da inanılmaz dərəcədə ətraflı məlumatlar verilir. Bunların hamısına birlikdə baxanda, bu xüsusiyyətlərin hər hansı bir insanda cəmləşməyi qeyri-mümkün olacağı aydın olur.
Bu vəziyyət, eyni zamanda da müsəlmanların hz. Mehdi (ə.s)-ı ən düzgün şəkildə tanıyıb analiz edə bilmələrinin nə qədər əhəmiyyətli olduğunu bildirir. Zühuru olduqca yaxın bir vaxtda gözlənilən hz. Mehdi (ə.s) ilə qarşılaşanda, inşaAllah bütün müsəlmanlar, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın fiziki xüsusiyyətləriylə əlaqədar olaraq deyilən bütün heyrətverici,… ardı...
Mehdi fövqəladə (qeyri-adi, heç kimin bilmədiyi) olan bir şeyi fərq edəcək
Rəsulullah (s.ə.v) buyurdu: “Hz. Mehdi, bizdən, Əhli-beytdəndir. Allah onu bir gecədə islah edər, (kamilləşdirər).” (Kİtab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s.19)
Həmçinin, N. ibn Hammad, Kaabdan belə rəvayət etdi: “Dedi ki, o, heç kimin bilmədiyi gizli bir vəziyyətdə, doğru yolu göstərə bildiyinə görə, “Mehdi” adlandırılmışdır….” (Ahir zaman Mehdi’sinin alametleri, Ali Bin Hüsameddin el Muttaki, səh.77)
Bir rəvayətdə hz. Mehdi (ə.s)-ın, “BİR GECƏDƏ YETKİNLƏŞDİYİ” xəbər verilmiş, digər bir rəvayətdə də “XÜSUSİ BİR MƏLUMATA SAHİB OLACAĞI “ bildirilmişdir. Bu şərhlərdə xəbər verilən, hz. Mehdi (ə.s)-ın “bir gecədə, heç kimin bilmədiyi bir elmə” sahib olacağını bildirir. Hz.Mehdi (ə.s)-ın sahib olduğu bu fövqəladə (qeyri-adi, heç kimin bilmədiyi) elm vasitəsi ilə daha da kamilləşəcəyi, imanının daha da mükəmmələşəcəyi aydın olur.
Hədisdə verilən bu məlumatlar, hz. Mehdi (ə.s)-ın bir tərəfdən Ledün elminə, bir tərəfdən də heç kimin bilmədiyi xüsusi bir elmə sahib olacağına işarə edir.
Mehdinin çıxış əlamətlərindən biri də, iki Ramazanda günəşin tutulmasıdır
Şureyk hədisdə belə rəvayət edir: “Hz. Mehdinin zühurundan əvvəl, GÜNƏŞ İKİ RAMAZANDA tutulacaq.” (Ölüm, Kıyamet ve Diriliş, İmam-ı Şa’rani, Pamuk Yayınları Səh. 457)
Hz. Mehdinin çıxış əlamətlərinin biri də yuxarıdakı rəvayətdə ifadə edildiyi kimi hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl iki Ramazan ayında günəş tutulmalarının baş verməyidir.
1981-ci ildə (hicri 1400-cü ildə) Ramazan ayının 29-cu günü və 1982-ci ildə (hicri 1402-ci ildə) Ramazan ayının 28-ci günü günəş tutulmuşdur. Bu günəş tutulmalarının hicri 14-cü əsrin əvəllində ARD-ARDA İKİ İL REALLAŞMAĞI və hz. Mehdi (ə.s)-ın digər çıxış əlamətləri ilə eyni dövrdə baş verməsi, rəvayətlərdəki ifadənin bu hadisə olduğunu göstərir.
1. Günəş tutulması 1981-ci il (hicri 1401) Ramazan ayının 29-cu günü
2. Günəş tutulması 1982-ci il (hicri 1402) Ramazan ayının 28-ci günü
Allahın Mehdiyə olan sevgisi vəsiləsiylə zəlzələlər dayanacaqdır
Onun (hz. Mehdi (ə.s)-ın) xətrinə zəlzələləri dayandıraram.(Şeyh Muhammed B. İbrahim-i Numani, Gaybet-i Numani səh. 70)
Böyük islam alimi Bədiüzzaman Səid Nursi də bir sözündə “Allahın insanları hz. Mehdi (ə.s) vasitəsi ilə Allahın əzabından qoruyacağını” bildirmişdir:
(Hz. Mehdinin) ikinci vəzifəsi:
Xilafəti-Məhəmmədiyə (s.ə.v) ünvanı ilə (peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi, yəni müsəlmanların mənəvi lideri ünvanı ilə) şəairi-islamiyəni (islam əxlaqının əsaslarını) əhya etməkdir (yenidən canlandırmaqdır). Aləmi-islamın vəhdətini (islam aləminin birliyini) nöqtəi-istinad edib (dayaq nöqtəsi edib) bəşəriyyəti (insanlığı) maddi və mənəvi təhlükələrdən və qəzəbi-ilahidən (Allahın qəzəbindən) qurtarmaqdır… (Emirdağ Lahikası, səh. 259)
-
Mehdi (ə.s) zühur etdiyində bütün təriqətlər ona beyət edəcəklər
- Hz. Mehdi (ə.s.) Axırzamanın ən böyük mürşidi, vəlisi, qütübüdür. İmam Rəbbani həzrətlərinin də, Əbdülqadir Gilani həzrətlərinin də, bütün Əhli sünnə alimlərinin, bütün məzhəb imamlarının və bütün təriqətlərin də mürşididir. Bu səbəbdən Mahmud Hoca Əfəndi həzrətlərinin də mürşidi hz. Mehdi (ə.s)-dır. Cübbəli Əhməd bir vəzində hz. Mehdi (ə.s)-ın gəlməsi üçün Allaha yalvararaq dua edir, hz. Mehdi (ə.s)-ı görmək üçün Allaha yalvarır.
Demək ki, hz. Mehdi (ə.s) gəldikdə, Mahmud Hoca Əfəndi həzrətləri də, Cübbəli Əhməd də və bütün digər təriqətlər və mənsubları da hz. Mehdi (ə.s)-a tabe olacaqlar, onun xilafətini qəbul edəcəklər. Hz. Mehdi (ə.s) zühur etdiyində reallaşacaq olan bu beyəti qəbul etməyən, əksini müdafiə edən bir camaat yoxdur.
Hz. Mehdi (ə.s) Axırzamanın ən böyük mürşidi, ən böyük vəlisi və qütbü olduğundan, o zühur etdiyində bütün təriqətlər onda birləşəcək. Bunun şüurunda olan bir çox təriqət lideri yüz illərdir davam etdirdikləri xilafət əmanətini bir sonrakı şəxsə həvalə adətini Axırzamana girilməsiylə birlikdə buraxmışlar. Məsələn, Əli Heydər Əfəndi də xilafəti hz. Mehdi (ə.s)-a buraxmışdır. Mahmud Hoca Əfəndi həzrətləri bu an Əli Heydər Əfəndinin vəkilidir. Bütün təriqətlər hz. Mehdi (ə.s)-ın zühur vaxtı olan hicri 1400-cü il etibarilə onun (hz. Mehdi (ə.s)-ın) zühurunu və təbii mürşidliyini gözləməyə başlamışlar.