Massonluq

Massonluğun təməl fəlsəfəsi Darvinizm -1-

Darvinizm massonluğun təməl fəlsəfəsidir. Çünki Darvinizm massonların dünyada qurmağa çalışdıqları dəccal sisteminin çürük təməlini təşkil edir. İnsanları Allah inancından uzaqlaşdırmağı qarşısına məqsəd qoyaraq, yer üzərindəki zülmün azğın və saxta  ideologiyasının  əsasını təşkil edir. Elə bu səbəbə görə, masson təşkilatlanması, təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi mövzusunda ən çox səy göstərən təşkilatdır. Masson Jurnalı massonların təkamül ideologiyasına niyə bu qədər bağlı olduqlarını belə  ifadə edir:

Darvinin Təkamül nəzəriyyəsi təbiətdə baş verən bir çox hadisənin Allahın işi olmadığını göstərdi.”1(Allahı tənzih edirik)

Massonlar bu böyük yalanı daimi saxlamaq və kütlələrə yaya bilmək üçün  təkamül nəzəriyyəsini həqiqi elmi bir nəzəriyyə kimi təqdim etməyə çalışırlar. Halbuki, massonların dəstəkləyib ön plana çıxartdıqları təkamül nəzəriyyəsi, tək elmi bir dəlillə belə sübut edilməyib, yaradılışı dəstəkləyən 250 milyon qalıq və digər elmi tapıntılar qarşısında tamamilə çökən, “Tarixin ƏN BÖYÜK saxtakarlığı, elm ADINA ORTAYA atılmış ƏN BÖYÜK yalandır.”

Bir başqa “masson jurnalı” olan Memar Sinan isə, massonluğun Darvinizmə münasibətini belə izah etmişdir:

Bu gün, artıq ən mədəni ölkələrdən ən geri qalmış ölkələrə qədər tək etibarlı elmi qanun Darvinin və onun yolunu izləyənlərinkidir.” 2

Massonlar, Darvinizmi elmi bir qanun  kimi göstərməyə və bunun ən doğru yol olduğunu təqdim etməyə çalışırlar. Çünki  … ardı...