Maidə surəsi 13

Hörmətli Adnan Oktarın 9 aprel 2013-cü il tarixli söhbətindən Maidə surəsi ilə əlaqədar şərhlər.

 

ADNAN OKTAR: “Sonra əhdlərini pozduqları üçün onları lənətlədik” deyir Allah, Maidə surəsi, 13-cü ayədə. “Sonra əhdlərini pozduqları üçün onları lənətlədik.”

“Qurana əməl etmədikdə lənət” deyir Allah. Deyirlər ki, “Allah yəhudiləri lənətlədi.” Sən Qurana əməl etmədikdə bax, nə deyir Allah? “Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik.” Daş ürəkli, daş kimi. Kommunist, faşist bunu görürük. Kapitalist, vəhşi kapitalizmdə bunu görürük. Daş kimi ürəkləri, sevgisiz. “Ürəklərini sərtləşdirdik” dedikdə, adamlar zənn edir ki;

“hər halda daşa döndü ürəyi?” Sevgisizliyin qorxuncluğunu izah edir Allah. “Onlar, sözləri qoyulduqları yerlərdən azdırarlar.” Dəyişdirərlər. Quranı deyil, Risalə-i Nuru da dəyişdirirlər.

Allah, islama, Qurana uyğun gəlməyən qövmləri, məsələn Ad Qövmü, Səmud qövmünə və bir çox adamları Allah necə həlak etdiyini uzun-uzun Quranda izah edir. Həlak ayələri vardır. Həlaka qarşı müsəlmanlar, toplu həlaka qarşı Allaha sığınacaqlar. Bölünmədən qəsd, bölünmə həlakı başlanğıcı olduğu üçün söyləyirik biz. Həlakın ilk əlaməti nədir? Zəlzələ başlayar, deyilmi? Bir müddət sonra ev üstünə yıxılar. Biz zəlzələyə qarşı xəbərdar edirik, amma ev təpəndən çökəcək, onu söyləyirik. Yəni, sırf cənub-şərqə getməsi deyil ki, hadisə. Bütün Türkiyənin məhv olmasından bəhs edirik biz. Allaha, Qurana uyulmadığında belə bir həlak, belə bir təhlükə var. Quran bunu işarə edir. Biz də bu təhlükəyə qarşı mömin qardaşlarımızı xəbərdar edirik.

images (6)