Məsəd surəsi 1-5

Hörmətli Adnan Oktarın 17 Mart 2013 tarixli söhbətindən Məsəd surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Məsəd surəsi, şeytandan Allaha sığınıram. Ebru xanım buyurun oxuyun.

EBRU ALTAN: Şeytandan Allaha sığınıram. Bismilləhir-Rəhmanir-Rəhim. 1-”Əbu Ləhəbin əlləri qurusun, qurudu da!. 2-Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilmədi. 3-O, alovlanan oda atılacaqdır. 4-Arvadı da; Odun hambalı və 5- boynuna dolanmış bir ip (bağlanmış) olaraq!”.

 

ADNAN OKTAR: Çünki gedib odun kimi axmaqla evlənirlər, axirətdə də o odun kimi axmağı kürəyində daşıyacaq. Onun odu ilə yanacaq. Quran belə murdar adamlarla evlənməyin səhv olduğunu göstərir. Belə odun adamlarla evlənsəniz, onlarla cəhənnəmdə yanarsınız, bir-birinizin odununuz olarsınız. Ayə buna işarə edir. inşaAllah. Allah: “Var-dövlətinə və qazandıqlarına da əsla arxayın olmayın” deyir. Var-dövlətinə, qazandıqlarına arxayın olmayın. Allah: “Fayda verməz” deyir. Allah: “Əlləri qurusun” deyir, hər yeri, hər şeyi quruyur. Yəni o, əlinə güvənir, amma Allah əlini qurudur. Ayağına arxayın olur, ayağını qurudur. Başqa yerinə güvənir, başqa yerlərini qurudur Allah, “boynuna dolanmış bir ip (bağlanmış) olaraq”. Bu, axirətdə çəkəcəkləri əzabın dəhşətli olacağını göstərir.

images (5)

 

Hörmətli Adnan Oktarın 14 may 2013-cü il tarixli söhbətindən Məsəd surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allahasığınıram: “Əbu Ləhəbin iki əli qurusun, qurudu da.”  Allah dəccaliyyətin əllərini qurutdu, darvinizm və materializmin əlləri qurudu. O əlləriylə müsəlmanlara iztirab verirdilər, həmişə ikili olaraq kommunizmlə, faşizmlə, darvinizmlə, materializmlə əzab veriblər. Allah iki əllərini də qurutduğunu deyir. “Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilmədi.”-deyir Allah.Yəni,vəhşi kapitalizmin, imperializmin nə malları, nə də qazandıqları onları qurtara bilmədi. Bütün dünyada süquta uğradılar və məhv oldular. Hamısı ağrı-acı çəkirlər, intihar edirlər, əzab içində qıvrılırlar. Hər yeri narahatlıq bürüdü.

Terror və anarxiya çoxalıb. Darvinist və materialist olaraq öyrətdikləri insanlar özlərinə ölüm maşını kimi geri döndülər. Məsələn, islam terroru deyirlər. Baxırıq adamlar, İngiltərədə, Amerikada darvinist, materialist təhsili almışlar. Amerikada barlarda, diskolarda çəkilmiş şəkilləri var. Sonra gedirlər oranı-buranı bombalayırlar, yandırıb yaxırlar, buna da islam terroru deyirlər. İslam terroru deyil, darvinizm, materializmin terrorudur. Onlar müsəlman deyil ki, darvinist materialistlərdir, müsəlmanlıq ayrı bir şeydir. “Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilmədi.” –deyir Allah.

Yəni Amerikanın da, digər ölkələrin də, Avropanın da malları və qazandıqları özlərinə bir fayda vermədi. “Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilmədi.” ayəsinin əbcədi 2011-ci il… ardı...

 

Hörmətli Adnan Oktarın 20 may 2013-cü ildəki söhbətindən Məsəd surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınaram: “Əbu Ləhəbin iki əli qurusun; qurudu da.” (Məsəd surəsi, 1) Deməli, bir quruma, mövcud olan sistemdə bir quruma olar. Mövcud olan sistem dağılır. Baxın, “iki əlin qurusun.” Küfr də hərtərəfli quruyur. Çünki insanda iki əl var. Bir əli quruyanda, digər əlini istifadə edə bilər. Amma Allah bax, iki əlini birdən qurudur. Onda edəcəyi heç bir şey qalmır. Hərtərəfli məhv olur. Bu ayədə, hərtərəfli məhv olmağa işarə edir. “İki əlin qurusun” mənası budur. “Və qurudu da” deyir.Hal-hazırda da, iqtisadi böhranla hər yer quruyur.

“Var-dövləti və qazandıqları ona bir fayda vermədi.” (Məsəd surəsi, 2) 2011-ci il tarixini verir onsuz da.Bir dənə 2011 budur. “Var-dövləti və qazandıqları ona bir fayda vermədi.” Ayə budur, əbcədi də;2011. İqtisadi böhranın ən şiddətli olduğu dövr. Bir dənə tarixə baxır əbcədi. Dünya tarixində 2011 neçə dəfə olar? Bir dəfə olar. Bir dövrə baxır yalnız ayənin işarəsi, əbcədi. Var-dövləti və qazandıqları. Nə oldu? Bütün böyük kartellər, böyük holdinqlər hamısı dağıldı. “Var-dövləti və qazandıqları ona bir fayda vermədi.” Ayə bunu söyləyir.

“Alovlu olan bir atəşə girəcək.” (Məsəd Surəsi, 3) Cəhənnəm alovu, amma hal-hazırda dünya mənəvi bir… ardı...