Məryəm surəsi 84

Adnan Oktarın 6 dekabr 2010 tarixli Kahramanmaraş AksuTV-dəki reportajından

ADNAN OKTAR : Bismillah. Ta ha surəsi və Məryəm surəsinin olduğu səhifəni açmısan. “Onlara qarşı tələsik davranma; Biz onlar üçün ancaq saydıqca sayırıq”, 84-cü ayə. 19-cu surə, 84-cü ayə. 19-la 84-ü bir araya gətirsək, 1984 olar. 84 Mehdiyyətin yeni başladığı, yeni inkişaf etdiyi, bəlkə də Mehdi (ə.s) tələbələrinin tələsdiyi, çətin bir dövrdür (1984). Ayədə nə deyir? “Onlara qarşı tələsik davranma. Biz onlar üçün ancaq saydıqca sayırıq”. Getdikcə gün yaxınlaşır. 2021-lər, 2023-lər müsəlmanlarındır, inşaAllah. 80-lərdə başlayan hərəkət, deyilmi? 2020-lərdə, 2021, 22, 23-lərdə bitmiş olacaq, inşaAllah.

images (2)

 

Məryəm surəsi, 84-cü ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.

 

 “Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə”. Tələsmək Quran əxlaqına uyğun davranış deyil. Müsəlman tələsik davranmamalıdır, səbirli olmalıdır.“Biz onların günlərini bir-bir sayırıq”. Yəni Allah “davamlı onların günahlarını təsbit edirik, onları həlaka yaxınlaşdırırıq, müsəlmanları da dayanmadan bərəkətə, bolluğa, zəfərə yaxınlaşdırırıq” deyir.

images (5)