Məryəm surəsi 22

Hörmətli Adnan Oktarın 3 mart 2013-cü il tarixli söhbətindən Məryəm surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Məryəm surəsi 22-ci ayə. Şeytandan Allaha sığınıram: (Məryəm) uşağa hamilə qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. (Ayənin sıra nömrəsi 22) iki ədəd iki var. Deməli, hz. Mehdi (ə.s) izsiz bir yerdə gizli qalacaq. İzsiz (kimsəsiz) deyəndə yəni, etibarlı bir yerdə qalacaq. Hz. İsa Məsih (ə.s) da, izsiz bir yerdə qalacaq. Məkanı təhlükəsizlik baxımından gizli olacaq, rəngarəng, hərəkətli bir yerdə olmayacaq. Ayə buna işarə edir. Əlbəttə ki, iki ədəd ikidə də bir məna var. Sonrakı ayədə: “Xurma budağı” deyilir. Bunda da bir şey var.

quran3