mənəvi cəhətdən

Adnan Oktarın 16 yanvar 2011-ci il Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən

 

Adnan Oktar: Bismillah açıram. Hud surəsi, 38; “Nuh gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”. Müsəlmanların hakimiyyəti, dəccaliyyətin yox olmasından bəhs etmirmi burada? O dövrün Mehdi (ə.s)-ı kimdir? Hz. Nuh (ə.s). Mehdi (ə.s)-ın tələbələri kimdir? Gəmi əhli. O dövrün dəccaliyyəti kimdir? Bütün dünya. Bütün dünyanı indi dəccaliyyət bürümədimi? Bürüdü. Bir ovuc Mehdi qrupu, Mehdi birliyi bunlara qarşı mübarizə aparırmı, aparmırmı? Məhz eynisidir. Məsələn, 42-ci ayədə deyir:

Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”” “Mehdi camaatına qoşul, küfrün tərəfində, dəccalın tərəfində olma” -deyir oğluna. O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!””. Materialist düşünür, Qurana görə düşünmür. Yəni o dövrün haqq olan kitabına görə düşünmür. “Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun… ardı...

 

Özlərini mənəvi cəhətdən ölü hiss edənlər belə, həyat arzusu ilə yaşayacaqlar

Əbu Səid Peyğəmbər (s.ə.v)-in belə buyurduğunu rəvayət edir: “…Daha sonra Allah Təala Əhli-beytimdən birini (hz. Mehdi (ə.s)-ı) zülmlə dolan yer üzünü ədalətlə doldurması üçün göndərəcək. Səmanın və yer üzünün sakinləri ondan (hz. Mehdidən) razı qalacaqlar. Yer üzü bütün bitkilərini onlar üçün yaşıllaşdıracaq və səma davamlı onlara yağış yağdıracaq… Allah Təalanın yer üzünə endirdiyi bu qədər xeyir səbəbiylə, ölülər yenidən yaşamağı arzulayacaqdırlar. (El-Beyan, səh. 72, Es-Sevaik-ul Muhrika, səh. 161, Yenabi-ul Mevedde, cild.2, səh. 177)

R0072(1)

Peyğəmbərimiz (s.ə.v)-dən köçürülən hədislərdə və rəvayətlərdə hz. Mehdinin zühurundan sonrakı dövrdə insanların maddi-mənəvi hər baxımdan çox üstün bir rifah səviyyəsinə çatacaqları, görülməmiş bir dinclik və xoşbəxtlik içində yaşayacaqları xəbər verilmişdir. Elə ki, bu mühitin və həyat şəklinin gözəlliyindən ötəri mənəvi cəhətdən özlərini ölü hiss edənlər “mən onsuz da ölüyəm” deyən, ya da xalq arasında, “bu adam onsuz da çoxdan ölmüşdür” kimi xarakterizə edilən insanlar belə yenidən həyat arzusu ilə dolacaqlardır. Bu səbəbdən də hədisdə hz. Mehdi dövründə meydana gələcək bənzəri görülməmiş dərəcədəki gözəl həyat vəsiləsiylə bu kimi insanların da canlanacaqlarına; din cəhətdən qüvvət tapacaqlarına işarə edilmişdir.