külliyyat

Səid Nursinin HZ. MEHDİ (Ə.S)-IN BİR ŞƏXSİ MƏNƏVİ DEYİL, ŞƏXS OLDUĞU İSTİQAMƏTİNDƏKİ ŞƏRHLƏRİ:

1.

Dördüncü sualınızın tərcüməsi: Axırzamanda həzrəti İsa əleyhissalam dəccalı öldürdükdən sonra insanlar əksəriyyətlə dini-haqqa girərlər. Halbuki, rəvayətlərdə gəlmişdir ki, “Yer üzündə Allah Allah deyənlər olduqca qiyamət qopmaz.” (Müslim, 1: 131; 4:2268; Müsnəd, 3:107, 201, 268; Kenzül-ummal, 14:227, 228.)Belə, ümumiyyətlə, imana gəldikdən sonra necə ümumiyyətlə küfrə gedərlər?

Əl-cavab: Hədisi-səhihdə rəvayət edilən həzrəti İsa əleyhissalamın gələcəyini və şəriəti-İslamiyyə ilə əməl edəcəyini, dəccalı öldürəcəyini” (Buxari, 4205; Müslim, 1: 136; Fethü’-Kəbir, 2:335.2) imanı zəif olanlar şübhə edirlər. Onun həqiqəti izah edilsə, heç şübhə yeri qalmaz. Belə ki: O hədisin və Süfyan və Mehdi haqqındakı hədislərin ifadə etdikləri məna budur ki: Axırzamanda dinsizliyin iki cərəyanı qüvvə tapacaq:

Birincisi: Nifaq pərdəsi altında risaləti-Əhmədiyyə (s.ə.v)-i inkar edəcək Süfyan adında müdhiş bir şəxs, əhli nifaqın başına keçəcək, şəriəti-İslamiyənin pozuntusuna çalışacaq. ONA QARŞI ALİ BEYTİ NƏBƏVİDİR SİLSİLƏ NURANİSİNƏ BAĞLANAN, ƏHLİ-VƏLAYƏT VƏ ƏHLİ-KAMALIN BAŞINA KEÇƏCƏK ALİ-BEYTDƏN MƏHƏMMƏD MEHDİ (I İFADƏ) ADINDA BİR ŞƏXSİ NURANİ (II TƏKRAR), o Süfyanın şəxsi-mənəvisi olan cərəyanı-münafiqanəni (münafiqlik axınını ) öldürüb paylayacaq.

İkinci cərəyan isə: Tabiiyyun, maddiyyun fəlsəfəsindən təvəllüd edən bir cərəyani-nəmrudanə, getdikcə Axırzamanda fəlsəfəi-maddidir vasitəsiylə intişar edərək qüvvə… ardı...