kompyuter

R0153Kompyuter kimi işləyən bitki yarpaqları

Bitkilərin nəfəs alması yarpaqlardakı çox kiçik ağızcıqlar (stomata) vasitəsilə baş verir. Ağızcıq mümkün qədər çox miqdarda CO2 (karbon) qəbul edəcək şəkildə açılıb bağlanarkən bitki üçün son dərəcə əhəmiyyətli bir qaynaq olan su buxarını mümkün qədər az miqdarda xaric edər. Ancaq bitki bu məhsuldarlığı təmin edərkən ətrafında bir problemlə qarşılaşır: Yarpaqlar hissələrə bölünmüşdür və bu hissələr üzərlərindəki ağızcıqların açıq və ya qapalı şəkildə olması cəhətdən bir-birindən fərqlənir. (1) Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü. ABŞ-dakı Yuta Əyalət Universitetindən Devid Pik və yoldaşlarının apardıqları tədqiqat nəticəsində bitkilərin qaz qəbulu və xaric etmələrini nizamlaya bildikləri məlum oldu. (2) Həm də bir kompüter kimi hesablamalar apararaq nizamlayır.

Bəhs olunan araşdırmaya görə bitkilərdə “paylanmış hesablama (distributed computation)” adı verilən informasiya emalının baş verdiyi görünür. Paylanmış hesablama, bir-birilə qarşılıqlı vəziyyətdə olan çoxlu sayda bölmənin əlaqəsi ilə baş verən informasiya emalı formasını ifadə edir. Məsələn, elm adamları yem axtarışındakı bir qarışqa dəstəsinin davranışını “paylanmış hesablama” ilə bu şəkildə açıqlayır: Hər bir qarışqanın yerə kimyəvi izlər buraxması ilə digər qarışqalara göndərdiyi siqnal qarışqa dəstəsinin bütövlükdə ən bol qida qaynaqlarını tapmasını təmin edir. (3)

Paylanmış hesablamada, bölmələr arasında ötürülən siqnallar problemi həll… ardı...

 

Hz. Mehdi (ə.s) zamanında telefon və kompyuter sistemleri ilə əlaqə qurulacaq

İmam Sadiq (ə.s) belə buyurmuşdur: “Şübhəsiz ki, Qaim (hz. Mehdi (ə.s) zamanında bir mömin şərqdə olsa, qərbdə olan qardaşıgörər. Eləcədə, qərbdə olsa, şərqdə olan qardaşıgörər”.

  (Bihar’ul-Envar, c. 52, s. 391)

 k13

Peyğəmbərimiz (s.ə.v) bu hədisdə hz. Mehdi (ə.s)-ın zühur vaxtı olan hicri 1400-cü illərdəki inkişaf edən yüksək texnologiyaya diqqət çəkmişdir. Belə ki, 21-ci əsrdə istehsal edilən görüntülü mobil telefonları və kompyuterlərdəki kamera sistemləri ilə dünyanın hər yeri ilə istədiyimiz vaxt görüntülü əlaqə qurma və danışma imkanı yaranmışdır. Bu inkişafla bərabər hz. Mehdi (ə.s)-ın zühur vaxtına işarə edən əlamət da həyata keçmişdir.

 

Dabbətül-Ərz, Axır zamandakı internet texnologiyasına işarə edir

Dabbətül Ərz axır zamanda ortaya çıxacaq əlamətlərdən biridir. Dabbətül Ərz mövzusuyla əlaqədar çox sayda hədis vardır və Dabbətül Ərz mövzusu Quranda da yer alır. Dabbənin axır zaman əlaməti olaraq ortaya çıxacağının xəbər verildiyi ayə Nəml surəsinin 82-ci ayəsidir:

O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan (dabbə) çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. (Nəml surəsi, 82)

 

Ayədə xəbər verildiyinə görə;

1. Dabbə, yerdən məmulatdır.

2. Dabbə, “danışan”, müəyyən bir mesaj verən bir şey ya da varlıqdır və bu çıxışı bütün insanlara istiqamətlidir.

 internet

Hədislərdə də Dabbətül-Ərzin bir addımda uzun məsafələr qət edəbiləcəyi, insanlarla danışacağı və hər yerə gedəcəyi izah edilir. Dabbənin, yerdən məmulat olduğunun bildirilməsi, metal, dəmir, mis, sink, kobalt, xrom kimi yerdən çıxan mədənlərdən ibarət olan bir quruluşu olacağını göstərir. Bu maddələr, indiki vaxtda istifadə edilən kompyuterlərin təməl quruluşunu meydana gətirir. İnsanlarla danışması və çox qısa müddətdə uzun məsafə qət edə bilməsi də, internet şəbəkəsinə işarə edir. Bilindiyi kimi, internet vasitəsiylə artıq məlumata çatmaq da, məlumatı ötürmək də, insanlarla danışıb görüşmək və ünsiyyət qurmaq da son dərəcə sürətli və asan olmaqdadır. İnternet… ardı...

 

Dabbət-ül Ərz kompyuterə işarə edir (doğrusunu Allah bilir)

İbni Abbas (r.ə)-dan: “Üzü insan üzünə bənzər, dimdiyi tüklü …” (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

Üzü insan üzünə bənzər: Üzü insan üzünə bənzər ifadəsiylə Dabbənin insana oxşar xüsusiyyətlərə sahib olacağına işarə edilir. İndiki vaxtda kompyuterlər də eynilə insan kimi kameralar vasitəsiylə görməkdə, qəbuledici sistemləriylə eşitməkdə və birbaşa danışmaqdadır.

Dimdiyi tüklüdür: Bu hədisdə bildirilən “dimdiyi tüklüdür” ifadəsi, kompyuterlərin batareya yığması üçün istifadə edilən və incə tellərdən ibarət elektrik kabelinə işarə edə bilər. Heyvanların dimdiyi plastik kimidir, sanki bir kiristal maddəni xatırladar. İncə kabelləri olan plastik batareya, hədisdə göstərilən bənzətməyə işarə edə bilər.

Hüzeyfə (r.ə)-dan: “… Heç kim ona çatmayacaq, qaçan da qurtulmayacaq.” (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

İndiki vaxtda məlumat mesajında, kompyuterin sürətinə çata bilmək mümkün olmamışdır və Dabbənin çıxdığı dövrdə, Quranı və müsəlmanların təbliğini dinləmək istəməyənlər belə, kompyuterlər evlərinə qədər girdiyindən, Allahın Uca qüdrətini və Quran əxlaqını mütləq öyrənmək məcburiyyətində qalacaqlar, qaça bilməyəcəklər.

Əbu Hureyrə (r.ə)-dan: “Dabbət-ül Ərzdə hər cür rəng mövcuddur …” (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn… ardı...