Kastamonu Lahikası
“Hal-hazırda yaşadığımız axır zamanda iman həqiqətlərinin birinci məqsəd, birinci vəzifə, əsl məqsəd olması lazımdır. Bunun xaricindəki şeylər ikinci, üçüncü, dördüncü dərəcədə qalmalıdır. Risalə–i Nurla onlara xidmət etmək ən birinci vəzifə, maraq mövzusu və əsl məqsəd olmalıdır. Risalə-i Nur çərçivəsi xaricində olan alimlər bu siyasi və ictimai həyatın bağları səbəbiylə iman həqiqətlərinin əhəmiyyətini ikinci, üçüncü dərəcədə buraxıb, o axınların təsirinə məruz qalaraq onlarla eyni fikri paylaşan münafiqləri belə sevər hala gəldi. Risalə-i Nurun həqiqi tələbələri iman həqiqətlərini izah etmə vəzifəsində ikən, zalımların şahmat oyunlarına bənzər mövzularla maraqlanaraq onların müqəddəs vəzifələrini pozmamaq və anlayışlarını qarışdırmamaq lazım olduğunu düşünürəm.”
(KastamonuLahikası, səh. 84-85)