Kəhf surəsi 61 95 88

Hörmətli Adnan Oktarın 13 mart 2013-cü il tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Kəhf surəsi, 61:“Hər ikisi, iki dənizin birləşdiyi yerə gəlib çatdıqda.” Ayənin əbcədi 1984-cü il tarixini verir. MaşaAllah, deməli, hz. Mehdi (ə.s), İstanbulda 1984-cü ildə dənizin kənarında bir işə başlayıb, “iki dənizin birləşdiyi yerə gəlib çatdıqda.”-deyir Allah. Bəlkə də hz. İsa Məsih (ə.s) ilə hz. Mehdi (ə.s) gəzərkən, o da onu bir yerdən izləmiş, bəlkə arxasınca gedib, bəlkə də onların yanında gedib. Hz. Mehdi (ə.s) onu görə bilməmişdir. Özünü gizləsə, görə bilməz.

95ci ayə: “O dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır.” MaşaAllah. Bu da 1987-ci il tarixini verir.

88-ci ayə: “… Biz ona əmrimizdən asan olanı buyuracağıq” –deyir Allah. Kim? Hz. Zülqərneyn (ə.s). Deməli, Mehdilərin xüsusiyyəti asanlaşdırmaqdır. Dini, əmri, həyatı asanlaşdırar, insanların üzərindəki əmr zəncirlərini, ağır zəncirləri qaldırar. Ayədə də var, Allah Peyğəmbərimiz (s.ə.v.) üçün: “Oların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər…(Əraf surəsi, 157)”- deyir. Hz. Mehdi (ə.s)-ın vəzifəsi yüngülləşdirməkdir. Ağır əmr zəncirlərini ortadan qaldıracaq amma xurafatçılar: “Bu bizim dinimizi məhv edir. Bizim dinimiz ağır bir dindir. Çoxlu əmr var, bu isə dini asanlaşdırdı, dini öldürdü” deyəcəklər.

Kuran