istiqamət
Elmin istiqaməti düzgün seçilməlidir
Mən dərin bir imana sahib olmayan hər hansı bir elm adamı təsəvvür edə bilmirəm.
Albert Eynşteyn
Kainatı və içindəki varlıqları tədqiq edib və Allahın yaradılış sənətini kəşf edərək bəşəriyyətə izah etməyin yolu “elmdir”. Başqa sözlə din elmi Allahın yaradılış sənətindəki təfərrüatlara çatmaqda bir yol olaraq qəbul edər və buna uyğun elmi təşviq edər.
Din elmi araşdırmaları təşviq etdiyi kimi dinin bildirdiyi həqiqətlərə görə istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli və qəti nəticələr verir. Çünki din kainatın və canlılığın necə yarandıqları sualına ən doğru və ən qəti cavabı verən tək mənbədir. Buna görə düzgün nöqtədən başlayaraq aparılan araşdırmalar kainatın və canlılığın yaranmasına aid sirləri ən qısa müddətdə, az əmək və enerji sərf edərək aşkara çıxaracaq. Dinin yol göstərmədiyi elm isə irəliləyə bilməz, dəqiq nəticələr əldə etməsi çox vaxt alar, hətta nəticə almaq mümkün olmaz.
Bu həqiqəti görə bilməyən, materialist elm adamları tərəfindən istiqamətləndirilən elmin, xüsusilə son iki əsrdə nə qədər vaxt itirdiyi, bu yolda görülən işlərin böyük hissəsinin, sərf edilən trilyonlarla vəsaitin necə boşa getdiyi göz önündədir.
Elə buna görə də insanların bir həqiqəti bilməsi vacibdir: Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırma istiqamətində aparıldıqda düzgün nəticələr əldə oluna bilər. Təkcə istiqaməti… ardı...
Allahın yaratdıqlarından ən çox sevmədiyi iki adam: Birisi dəlalətə düşmüş, doğru yolda getməkdən imtina etmiş, həqiqi yoldan azmış, başıboş bir hala gəlmişdir. Sonradan uydurulan şeyləri tərifləyər, onlarla əylənər, xalqını da azğınlığa sürükləyib yoldan çıxarar. Özünə uyub azanlar üçün bir fitnədir, özündən əvvəlkilərin yolundan azmışdır. Yaşayarkən də, ölümündən sonra da özünə uyanları azdırar. Həm başqalarının günahlarını, həm də öz günahlarını daşıyır. O birisi də, məlumatsızlığı, cahilliyi nəfsində yığmış kəsdir ki, məlumatsızların, cahillərin yollarını azdırar. Uzlaşdırmada kordur, haqqı görmür. Tanımayanlar ona mütəfəkkir (düşünən) adını qoyarlar. Halbuki, məlumatdan xəbəri belə yoxdur. Gecəni səhərə qədər oyaq qalıb xeyri az olan şeyləri toplamışdır. Sonunda murdar, iylənmiş suyla qarınını şişirər, dəyərsiz şeyləri yığar və yığdıqlarını xəzinə zənn edər. İnsanların arasında, özündən başqalarını şübhəli şeylərdən qurtarmağı vəzifəsi bilərək hökm verməyə çalışar. Barəsində bilmədiyi şeylər haqqında soruşulduqda axmaq sözlər deməyə başlayar. Özü şübhə içində ola-ola qəti hökm verər və düşdüyü hal, hörümçək toruna düşmüş ağcaqanada bənzəyər. Verdiyi hökmün doğru və ya səhv olduğunu özü də bilməz. Doğru hökm veribsə, səhv olmasın deyə qorxar, səhv hökm veribsə, doğru olmasını ümid edər. Məlumatsızdır, məlumatsızlıq zülmətində səndələyərək yeriyib gedər. Heç bir məlumata diş vurmayıb (maraqlanmayıb), dişi… ardı... |