İsra surəsi 7

Hörmətli Adnan Oktarın 28 noyabr 2010-ci il tarixli reportajından İsra surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: İsra surəsinin 7-ci ayəsi. “Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız”. Adam: “Mən yaxşılıq etdim” deyir. Sən yaxşılığı harada edirsən?. Beyninin içindəki görüntüyə yaxşılıq etmiş olursan, elə deyilmi?. Mən sənə yaxşılıq etdiyimdə, yaxşı bir şey etdiyimdə, sənin beynimdəki görüntünə yaxşılıq edirəm. Mən çöldəki varlıqla əlaqə qura bilmərəm. Bu səbəbdən də bu öz içimdə qalmış bir şey olur. Onun çöldəki əsli vardır, lakin Allah onu mənim içimdəki əsliylə təmasda saxlayar. Bu səbəbdən də yaxşılıq etdiyimdə onun savabı mənə qalır. Pislik etsəm də mənim əleyhimə olar. “Özünüzə yaxşılıq etmiş olarsınız” deyir. Yəni Allah: “Dünyada və axirətdə qarşılığı yaxşı olar” deyir. “Pislik etsəniz də öz əleyhinə etmiş olarsınız”. İntiqam almağa çalışsan, qəzəblənsən, skeptik biri olsan, mənəvi cəhətdən sıxılarsan. Məsələn, şübhə insana sıxıntı verər. Sevgisizlik sıxıntı verər. Şübhəçilik əzab verər. İntiqam almağa çalışsan qaval kimi gərilərsən. Amma gözəl xasiyyətli olsan bütün əsəblərin sakitləşər, başın rahatlayar, beynin açılar, şən olarsan. Allah buna görə də: “Pislik etsəniz də öz əleyhinə etmiş olarsınız” deyir. “Sizi boğar” deyir. Axirətdə də qarşılığı Cəhənnəm olar. Yaxşılığın Axirətdəki qarşılığı isə Cənnət olar. “Sonunda vəd gəldiyi zaman”, əbcədi 2019-cu ildir, Mehdi (ə.s)-a işarə edir. “Sonunda vəd gəldiyi zaman”, yəni Allahın vədi Mehdi (ə.s)-ın zühuru, elə deyilmi?. İsa Məsih (ə.s)-ın gəlişi də yenə Allahın bizə olan vədidir.

        Altuğ Berker: Allah Nur surəsinin 55-ci ayəsində də: “Vəd etmişdir” deyir, inşaAllah.

kurani-kerimdeki-kalp-mucizesi_460x340scale

 

Hörmətli Adnan Oktarın 7 Avqust, 2013-cü il tarixli söhbətindən İsra surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: “Sonunda vəd gəldiyi zaman”. Bu ayə çox mənalıdır. “Sonunda vəd gəldiyi zaman” Əbcədi 2019-cu il tarixini. Demək ki, 2019-cu ildə mehdiyyət xeyli diqqətə çarpacaq, inşaAllah. “Sonunda vəd gəldiyi zaman” İsra surəsi, 7-ci ayədəki 7 rəqəmi Quranda diqqət çəkilən bir rəqəmdir. 2019-cu il, 19 rəqəmi də Quranda işarə edilən bir rəqəmdir. Bax, “sonunda vəd.” İndi dünyanın sonundayıq. Bir vəd var. O vəd nədir? Hz. Mehdi (ə.s), hz. İsa Məsih (ə.s) və qiyamət. “Sonunda vəd gəldiyi zaman” 2019-cu il tarixini verməsi, mehdiyyətə işarə edir. Bu açıq və dəqiq bir dəlildir, inşaAllah.

Kuran

 

İsra surəsi, 7-ci ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Allah Təala deyir: “Əgər yaxşılıq etsəniz özünüzə yaxşılıq etmiş olarsınız”. Yəni yaxşılıq etsəniz yalnız özünüzə yaxşılıq etmiş olarsınız. Taleyinizdədir və axirətiniz üçün, özünüz üçün xeyirli olar.  “Əgər pislik etsəniz o da sizin əleyhinizədir”, yəni pislik onu edəni əhatə edir, çünki psixoloji olaraq çökər, Allah içinə çətinlik salar, canını yandırar, axirətdə pərişan edər, üzərindən bərəkət gedər, iztirab çəkər. İndi Allah həlli söyləyir: “Sonda vəd gəldiyi zaman” sonda, son nədir? Zamanın sonu, axırzamanda. “Vəd”  Allahın vədi, yəni Mehdi (ə.s) gəldiyi vaxt, inşaAllah. Bunu qiyamət olaraq da axırzaman əlaməti, hz. İsa Məsih (ə.s)-ın enişi, Mehdi (ə.s)-ın zühuru olaraq da qəbul edə bilərik. “Üzlərinizi qara etsinlər”. Darvinizm, materializm, küfr yıxılınca buna deyir “üzlərinizi qara etsinlər”. Adamın üzü necə olur ? İztirab əlamətləri olur. Mehdi (ə.s) çıxdı, Mehdi (ə.s) gəldi desən, adamda nə olar? Mehdi (ə.s) düşmənidirsə, Mehdi (ə.s)-a ziddirsə, ağzı-burnu əyilir. Özlərinə görə pis xəbərdir. Nə oldu deyə soruşarsan, halsızlaşar, qanı qaralar. Bax ayədə deyir ki: “Sonda vəd gəldiyi zaman üzünüzü qara (sizi xəcil) etmək”.  Mehdi (ə.s)-ın edəcəyi budur. Onların (inkarçıların) Mehdi (ə.s) müjdəsindən, İsa Məsih (ə.s)-ın gəlişindən qanları qaralar.“Birincisində girdikləri kimi məscidə (Qüdsə) girsinlər və ələ keçərdiklərini darmadağın… ardı...