İsra surəsi 107-111

ADNAN OKTARIN A9 TV VƏ KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI SÖHBƏTİ

(16 MAY 2011; 00:30)

ADNAN OKTAR: maşaAllah. Bax, deyir ki, Allah Quranda, İsra surəsi, 107-ci  ayə. Şeytandan Allaha sığınıram. Dinləyən qardaşlarımızın da şeytandan Allaha sığınması lazımdır, onu xatırladıram. “De ki: “İstər ona inanın,”  Qurana istər inanın, “…istər inanmayın: O, daha əvvəl özlərinə elm verilənlərə oxunduğu zaman,” daha əvvəl özlərinə elm verilənlər kimlərdir? Xristianlar və yəhudilər. Nə edirlərmiş? “…çənələrinin üstünə uzanaraq səcdə edərlər” deyir Allah. Həqiqətən də, yəhudilər də, xristianlar da üzüaşağı yataraq səcdə edirlər. Bizim səcdəmiz kimi deyil onların etdiyi səcdə.

Üzüaşağı uzanıb, çənəsi yerə gələcək şəkildə, belə uzanırlar. Baxın,  “…çənələri üstünə uzanaraq” üzü yerdə bu şəkildə, tam uzanırlar yəni, əllərini də açaraq. “Və deyərlər ki: Rəbbimiz Ucadır, Rəbbimizin vədi əlbəttə reallaşır.” Qurana baxışları belədir Əhli-Kitabın, deyir Allah. “Çənələri üstünə uzanıb ağlayırlar və (Quran) onların huşu (hörmətdən yaranan qorxu)larını artırır. ” Qurana qarşı laqeyd olmurlar. Nə edirlər? Bax; “çənələrinin üstünə uzanıb ağlayırlar” o qədər coşurlar, Quranın həqiqətləri qarşısında “…və (Quran) onların huşu (hörmət dolu qorxu)larını artırır.” Nə deyir bəzi insanlar? Xristianlara, yəhudilərə Quran xitab etməz. Müsəlmana mı xitab edir yalnız? Təbii ki, onlara da xitab edər, hər kəsə xitab edər. Olar mı elə şey? Buddistə… ardı...