İslam dini

Mehdi (ə.s) İslam dinindəki bidətləri (xurafatları) təmizləyəcək

“İNSANLAR QURANIN ÖZ NƏFSLƏRİNƏ GÖRƏ ŞƏRH EDƏN ZAMAN, HZ. MEHDİ (Ə.S) ONLARIN DÜŞÜNCƏLƏRİNİ QURANA DOĞRU İSTİQAMƏTLƏNDİRİB ONU QURANIN HƏQİQƏTLƏRİNİN  TƏTBİQİNƏ  TƏQDİM EDƏCƏK. SONRA SİZƏ KİTAB VƏ SÜNNƏNİN NECƏ UNUDULDUĞUNU GÖSTƏRƏCƏK VƏ ONUN CANLI MƏNALARINI ƏHYA EDƏCƏK.”

(Nəhcül-bəlağə, xütbə 134.)

Hz. Mehdi (ə.s)-ın zühur etdiyi Axırzamanda bəzi insanlar Quranı öz nəfslərinə, öz mənfəətlərinə görə şərh edəcəklər. İnsanları da bu şərhlərə çəkməyə çalışacaqlar. Hz. Mehdi (ə.s) isə insanlara Quran ayələrinin həqiqi mənalarını açıqlayacaq. İnsanların Quran ayələrindən, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsindən mənəvi olaraq çox uzaqlaşdıqları bu dövrdə onlara ayələrin həqiqi mənalarını açıqlayacaq.

38490344fd6

 

Hz. Mehdi (ə.s) dövründə İslam dini əsl halıyla yaşanacaq

RƏSULULLAH (S.Ə.V)-İN HƏR ETDİYİNİ, O DA (HZ. MEHDİ (Ə.S) DA) EDƏCƏK. RƏSULULLAH (S.Ə.V) CAHİLİYYƏT TƏMƏLLƏRİNİ YIXDIĞI KİMİ, O DA (HZ. MEHDİ (Ə.S) DA) ƏVVƏLKİ TƏMƏLLƏRİ YIXACAQDIR. O (HZ. MEHDİ (Ə.S)) İSLAMI YENİDƏN BAŞLADACAQ.

(Mikyalul Məkarim, 1-ci cild, səh.5)

 

Hz. Mehdi (ə.s) zühur edəndə eyni Peyğəmbərimiz (s.ə.v)-in etdiyi kimi, o dövrün bütün ateist, inkarçı sistemlərini fikirlə məğlub edəcək, bu sistemlərin bütün fikri alt strukturlarının, təlimlərinin, fəlsəfələrinin, batil tətbiqlərinin və inanclarının etibarsızlığını insanlara göstərəcək. Ardından da İslam dininin Peyğəmbərimiz (s.ə.v)-in dövründəki kimi özünə tam uyğun şəkildə-bütün bidətlərdən, həqiqi xarici tətbiqlərdən təmizlənmiş halıyla yaşanmasına vəsilə olacaq.

30a