isbat etmək

Mehdinin vəzifəsi darvinizmin etibarsızlığını göstərib, yaradılışı isbat etmək olacaq

Hz. Mehdi bütün yer üzünə din əxlaqının hakim olmasına vəsilə olacaq adamdır. Hz. Mehdinin elmi mübarizəsinin ilk mərhələsi materialist, ateist, darvinist düşüncələri təməldən yıxmaq və Yaradılışı isbat etmək olacaq. Çünki hz. Mehdinin ortaya çıxacağı Axırzamanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri inkarçı, ateist, materialist düşüncə və axınların çox məşhur olması, bu səbəblə, insanların böyük əksəriyyətinin din əxlaqından uzaq olmalarıdır. Bədiüzzaman Səid Nursi də, Axırzamanın ən əhəmiyyətli təhlükələrindən birinin ateist fəlsəfələr olacağını bildirmiş, xüsusilə darvinist və materialist fəlsəfələrin ateizmə zəmin hazırlayacaqlarına diqqət çəkmişdir:

Tabiyyun, maddiyun fəlsəfəsindən (darvinist, materialist və ateist fəlsəfənin) təvəllüd edən bir cərəyanı-nəmrudanə, (doğan inkarçı bir axın) getdikcə Axırzamanda fəlsəfəi-maddidir (materialist fəlsəfə) vasitəsiylə intişar edərək (yayılaraq) qüvvət tapıb, üluhiyyət (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gəlir. (Allahı tənzih edirik) (Emirdağ Lahikası, səh. 259)

Bu səbəblə, Bədiüzaman, hz. Mehdinin birinci vəzifəsinin, materializm fikriylə, yəni Allahı inkar etmək məqsədilə qurulmuş darvinist, materialist və ateist fəlsəfələrlə mübarizə etmək və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tam mənasıyla qaldırmaq olacağını ifadə etmişdir:

Və onun (hz. Mehdinin) üç böyük vəzifəsi olacaq: Birincisi: Fənn və fəlsəfənin tasallutiylə (təsiriylə) və maddiyun və tayabiiyyun taunu (darvinizm, materializm və ateizm epidemiyasının), bəşər içinə intişar etməsiylə (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni… ardı...

 

Mehdi (ə.s) insanlara yaradılış həqiqətini qalıqlarla isbat edəcək

MİN İLDƏN DAHA KÖHNƏ SKELET SÜMÜKLƏRİ, İMAM MEHDİ (Ə.S) İLƏ DANIŞACAQLAR. (Mikyaal al-Makaarem, cild 1, səh. 223-224)

 

R0237Hədisdə verilən məlumat, hz. Mehdi (ə.s)-ın qalıqlarla maraqlanacağını, Yaradılış həqiqətini qalıqlarla isbat edəcəyini, bu köhnə qalıqlarla inkarı və dəlaləti; dinsiz, materialist və darvinist sistemi ortadan qaldıracağını göstərir.

 

Hz. Mehdi (ə.s)-ın, materializmin və darvinizmin etibarsızlığını isbat edərkən min ildən köhnə, yəni milyonlarla illik qalıqları istifadə edəcəyi açıq şəkildə aydın olur. Hədis, qalıqların sanki lisanı-hal ilə, “Höccət Mehdi (ə.s), biz Allahdan bir dəlilik; bizlərin təkamül keçirmədiyimizi, ilk yaradılışdan etibarən dəyişmədən eynisiylə qaldığımızı bizləri dəlil göstərərək insanlara izah edə bilərsən” deyəcəklərinə və hz. Mehdi (ə.s)-ın da, yer altından çıxan qalıqlar yoluyla bu həqiqəti şəkil, yazı, kitab, video, film və sənədlərlə insanlara izah edəcəyinə işarə edir.

 

Hz. Mehdi (ə.s)-ın bir adı da, “dəlil gətirən” yəni “Höccət”dir. Höccət Mehdi (ə.s) Axırzamanda höccət (dəlil) ilə danışacaq. Allah ona bu imkanı verəcək və canlılara aid sümüklər də hz. Mehdi (ə.s) üçün bir dəlil (höccət) olacaq.

 

Hz. Mehdi (ə.s) bu qalıqları, o dövrün ateist, materialist və darvinistlərinə qarşı, rəddi mümkün olmayan qəti bir dəlil olaraq istifadə edəcək və bu yolla darvinistləri məğlub edib dinsiz… ardı...