işarə edən

Adnan Oktarın 2 yanvar 2010-cu il Qaziantep Olay TV və Kral Qaradəniz TV-dəki reportajından

 

ADNAN OKTAR: Fatir surəsi: “Ey insanlar, heç şübhəsiz, Allahın vədi haqqdır;” İslam dünyaya hakim olacaq, ayə var, qətidir. “Elə isə dünya həyatı sizi aldatmasın”, yəni dünyanın mənfəəti, uşaq-muşaq, yemək-içmək o-bu aldatmasın. “…Və yalançılar da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın”. Baxın, bu çox əhəmiyyətlidir, bir qisim xurafatçılar çıxıb deyəcək ki, Allahın vədi yoxdur, İslam hakim olmayacaq, İslamiyyət artıq keçdi deyəcəklər, yəni elə bir şey yoxdur, bir sıra saxtakarlar artıq ümidinizi kəsin deyəcəklər, buraxın deyəcəklər, inşaAllah. Və bunu Allah və din adına söyləyəcəklər. Quranda onsuz da İslamın hakimiyyətindən bəhs edilmir, sən haradan çıxarırsan deyəcək.

Allahın vədini inkar edəcək bir çox ayə olduğu halda “və yalançılar sizi Allahın adından istifadə edərək aldatmasın”. Məsələn, İstanbulda çıxacaq o xurafatçı da elə edəcək, insanları Allah ilə aldadacaq və klassik yalançı olacaq. Yəni Allah şişirdilmiş şəkildə  onun yalançı olduğunu insanlara göstərəcək. Ya Rəbbim, insanlar mən anlamadım deməyəcəklər, yəni İstanbuldakı o azğın xürafatçıların hərəkətlərini, yalançı olduqlarını bütün şiddəti ilə, bütün açıqlığı ilə görəcəklər. Axırzamanda gələcəyi vəd edilmiş mühüm bir şəxsdir, Axırzaman şəxsidir, inşaAllah. “Yalançılar da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın” ayənin birinci qismi 2015 tarixini verir,… ardı...

 

Qiyamətin qopacağı vaxta işarə edən hədislərə baxanda verilmiş vaxt  baxımından hədislərdə birlik olmadığı görülür.

 

Belə bir vəziyyətdə hədislərdəki məlumatların birlikdə diqqət çəkdiyi ortaq nöqtəyə baxmaq lazımdır. Məsələn, dünyanın ömrünün 7000 il olduğuna dair əhli-sünnənin böyük alimlərindən Suyuti həzrətlərinin təsnif etdiyi 8 hədis araşdırıldığında da, bu hədislərin hamısında eyni mövzunun izah edildiyi, aralarında ortaq nöqtə olduğu aydın olur.

 

Hədislərdə izah edilən hadisələrin bənzərliyi, təkcə zaman baxımından ziddiyyətli olması hədislərin Peyğəmbərimiz (s.ə.v)-dən günümüzə qədərki nəql etmələrdə səhv edilə biləcəyini göstərir. Buna görə qiyamətin nə vaxt qopacağını izah edən hədislərdəki bu səhvləri normal hesab edərək hədislərdəki ortaq nöqtəyə diqqət verilməlidir.

 


schmetterling111ahfx61-Cİ ŞƏRH:

 

Qiyamətin vaxtını verən hədislərdən, Axırzamanın başlamasının ardınca qiyamətə qədər insanların təxminən 120 ilə qədər yaşayacaqları aydın olur. Bu müddətdə isə əvvəlcə dinsiz sistemlərin hakim olacağı, sonra hz. Mehdi (ə.s)-ın zühuru və hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlişi ilə bərabər İslam əxlaqının bütün dünyaya hakim olacağı, ən son mərhələdə isə İslam əxlaqının dünyadan tamamilə zəifləyib silinəcəyi və dinsizliyin hakim olacağı dünyanın son dövrü olacaq. Yəni bu 120 illik müddətin əvvəlində və sonunda dinsizlik cərəyanı şiddətli olacaq, bu müddətin ortasında isə İslam əxlaqının dünya hakimiyyəti, yəni Qızıl dövr yaşanacaq.

 

Qiyamətin vaxtını uzaq göstərərək insanların qorxmasına… ardı...