… Bu həqiqətdən aydın olur ki; “SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS RİSALƏ-İ NURU BİR PROQRAM OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK (yazma və paylama yoluyla yayacaq).(Sikkei Tasdik-i Gaybi, səh. 9)

 screen400x400

 Bədiüzzaman bu sözüylə bir daha hz. Mehdi (ə.s)-ın gəlişini müjdələmiş və bu mübarək şəxsin fəaliyyətlərini yerinə yetirərkən, özünü “Hz. Mehdi (ə.s)-a zəmin hazırlayan bir qabaqcıl” kimi təyin edərək özünün əsərlərindən də istifadə edəcəyini ifadə etmişdir.

 

Bədiüzzaman, hz. Mehdi (ə.s)-dan bəhs etdiyi sözlərinin bir çoxunda təkrarladığı “GƏLƏCƏK” ifadəsini burada da istifadə etmişdir. Bədiüzzaman bu sözləriylə hz. Mehdi (ə.s)-ın, əvvəlki mücəddidlərin və Bədiüzzamanın yaşadığı dövrlərdə gəlmədiyini söyləmiş; bu mübarək şəxsin bunların hamısından “SONRA” gələcəyini ifadə etmişdir. Ayrıca, Bədiüzzaman bu vəziyyəti, yalnız gələcək zamanı ifadə edən “SONRA” sözüylə dəstəkləyərək çox qəti bir üslubla açıqlamışdır.

 

Bədiüzzaman burada, həmçinin, “ŞƏXS” sözünü xarakterizə edir və hz. Mehdi (ə.s)-ın “NECƏ BİR ŞƏXS” olduğunu da açıqlayır. Bədiüzzaman hz. Mehdi (ə.s)-ın”MÜBARƏK BİR ŞƏXS” olduğunu ifadə edir. “MÜBARƏK” sözü “İlahi xeyirin olduğu” mənasını verir. Bədiüzzaman burada istifadə etdiyi bu “mübarək” sifətiylə hz. Mehdi (ə.s)-ın imanını, yerinə yetirəcəyi vəzifələri tərifləyir. Bədiüzzaman verdiyi bütün bu təfərrüatlı məlumatlarla müsəlmanlara hz. Mehdi (ə.s)-ın əxlaqını və mübarizəsini tanıdıb, bu… ardı...

 

Hz. Mehdi (ə.s.)-ın 30 nəfərlik bir iş qrupu olacaq

İmam (hz. Mehdi (ə.s.)) GÜCLÜ OTUZ KÖMƏKÇİSİ İLƏDİR, tək deyil.
(El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, sf. 49, Al-Bihar 52:153)

242011gul1mp6Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın tələbələrinin sayı 313 nəfər olaraq bildirilmişdir. Ancaq bu kəslər arasından da işlərində onu dəstəkləyən 30 nəfərlik bir qrup olacaq. Peyğəmbərimiz (s.ə.v) bu kəslərin Allahın varlığını və birliyini izah edən, darvinizm və materializm kimi bütpərəst dini anlayışlarını fikirlə yıxacaq əsərlərini hazırlamasından, ehtiyacı olan məlumata asan şəkildə çatmasında, zaman və fəallıq tələb edən mövzularda onun qiymətli zamanını sərf etməsinə ehtiyac qalmadan hz. Mehdi (ə.s)-a kömək edəcəklərini bildirmişdir. Bu insanlar mövzularında səlahiyyətli olub, hz. Mehdi (ə.s)-ın vaxtının və halının imkan vermədiyi vəziyyətlərdə özünə tam olaraq kömək edən, elm sahibi olan şəxslər olacaqlar.

Hz. Mehdi (ə.s) 3 vəzifəsini yerinə yetirərkən ona kömək etmək vəzifəsini haqqı ilə yerinə yetirən, imanı və vicdanı güclü, ağıllı, iradəli, ixlaslı bu möminlər hz. Mehdi (ə.s)-ı İslam əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini bütün dünyada hakim etməklə bağlı işlərində tək qoymayacaqlar. Həmçinin, bu qrup darvinizm və materializmin fikirlə yıxılması ilə əlaqədar işlərində və bütün müsəlman ölkələrin İslam Birliyi altında birləşib böyük güc yaratmaq istiqamətindəki əhəmiyyətli vəzifəsini yerinə yetirərkən də həmişə hz. Mehdi (ə.s)-ı dəstəkləyəcəklər və heç vaxt tək qoymayacaqlar.