İnsan bədəni

Oxşarı hazırlana bilməyən möcüzəvi maye: Qan

Qanda reallaşan hadisələri araşdıran elm adamları qarşılaşdıqları qüsursuz nizamı təqlid edə bilmək üçün işlərini hələ də davam
kaninresmietdirirlər. Ancaq bu günə qədər konkret bir irəliləyiş qeydə alınmayıb. Hətta tədqiqatçılar bu fövqəladə mayeni təqlid etməyə çalışmaqdan imtina etmişlər, qan ilə əlaqədar araşdırmaların istiqamətini dəyişdirmişlər. Oksigen daşıya bilən ehtiyat mayeni hazırlamaq üçün işlər həyata keçirirlər.

Ancaq elm adamları qan ilə əlaqədar işlər görərkən müxtəlif çətinliklərlə üzləşirlər. Qanı damardan çəkdikləri anda qan laxtalanır. Qan hüceyrələrinin mikroskop altında və bədəndə eyni şəkildə hərəkət edib etmədikləri bilinmir. Bundan başqa qan nə plastik şlanqda, nə də şüşə qabda tam mənasıyla canlı qalmadığı üçün içindəki hüceyrələr ayrı-ayrı götürülüb araşdırılır. Bütün bunlar nəzərə alındıqda elm, canlı “qanı” deyil, laboratoriyadakı qanı analiz edərək tanıyır. (R. von Bredow, Geo, Noyabr 1997)

Laboratoriyalarda oxşarı hazırlana bilməyən bu fövqəladə maddə insan ilk ortaya çıxdığından bəri bədəndə hazırlanır. Bu gün sahib olduğumuz yüksək texnologiya ilə təqlid belə edilə bilməyən bir maddənin müəyyən zaman ərzində öz-özünə təsadüflərin təsiriylə meydana gəldiyini iddia etmək ağıldan tamamilə uzaqlaşmaq deməkdir. Bir çox canlı növünə həyat verən bu maddə Allahın yaratmasının açıq dəlillərindən biridir.

 

Bədəndəki təkrar istifadə sistemi sayəsində təmin edilən qazanc

İnsan bədənindəki təkrar istifadə sistemi də qüsursuz bir quruluşa malikdir.… ardı...