inananlar

Adnan Oktarın 26 fevral 2011 Kocaeli Tv və Aba Tv-dəki  canlı söhbətindən

ADNAN OKTAR: Əhzab surəsi, şeytandan Allaha sığınıram. 45-ci ayə “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdaredici olaraq göndərdik.” Ayənin əbcədi 2034 tarixini verir. “Və Öz izniylə (Allahın icazəsiylə) Allaha çağıran və nur saçan bir çıraq olaraq (göndərdik).” “Öz izniylə (Allahın icazəsiylə) Allaha çağıran“, daima təbliğ edən, insanları İslama, Qurana çağıran, “və nur saçan” İslamı izah etdikcə, insanlarda bir rahatlıq, aydınlanma, hadisələrdə, dünyada bir işıqlanma, rahatlıq olduğu üçün, Allah onu o şəkildə ifadə edir, “nur saçan bir çıraq olaraq (göndərdik).

” Bir işıqlıq, rahatlıq qaynağı olaraq göndərdik.“Möminlərə müjdə ver; həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır.” Bir əbcəd verir, 2005 tarixini verir. “Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə fikir vermə” Deməli, kafirlər və münafiqlər, itaət etməyimiz üçün bizə təzyiq edəcəklər, biz nə edəcəyik? İtaət etməyəcəyik, “əziyyətlərinə fikir vermə” deməli, biz itaət etmədiyimizdə nə edəcəklər? Əziyyət edəcəklər, əziyyətlərinə də fikir verməyəcəyik, “və Allaha təvəkkül et.”

Bunlardan narahat olmayacağıq, küfr bizə nə edər, insanlar bizə nə edər deməyəcəyik, təvəkkül edib, içimizdə bir rahatlıq olacaq. “Vəkil olaraq Allah yetər.”Yəni özünü heç sıxmağına ehtiyac… ardı...

 

Adnan Oktarın 22 aprel 2011 A9 Tv və Kaçkar Tv-dəki canlı söhbətindən

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə olma.” Yəni əsrimizə  işarə edən tərəfiylə; darvinizmlə, materializmlə əlaqədar, əsla şübhəyə düşmə, yəni onlara əsla fikir vermə, inanma, “Daha əvvəllər, ataları necə tapınırdılarsa,” yəni necə Misir dövründə darvinizmə tapınırdılarsa, necə şumerlilər dövründə, qədim Yunanıstanda darvinizmə tapınırdılarsa, “bunlar da ancaq belə tapınırlar. Şübhəsiz Biz, onların paylarını azaltmadan onlara ödəyəcək olanlarıq.” “Darvinizmin, materializmin nə olduğunu Mən onlara axirətdə göstərəcəyəm” deyir Allah. Yəni “darvinizmə, materializmə uymağın nə mənanı verdiyini, o mənada bir həyat meydana gətirərək, onların o etina etdiyi həyatı meydana gətirərək, onlara yaşadaraq, nə olduğunu tam göstərəcəyəm” deyir. “Madam, təsadüfən yaradıldığınıza inanırsınız” deyir Allah, mənəvi cəhətdən, “onun meydana gətirəcəyi mühiti görəcəksiniz” deyir. “İnsanlar nə şəkilə gəlir, yer nə şəkildə olur, istilik nə şəkildə olur, suyun dadı nə şəkildə olur görəcəksiniz” deyir Allah, inşaAllah, mənəvi cəhətdən. Quranın ayələrinə görə, Quranın işarələrindən bunu anlayırıq.

photo-qurani-kerim