imtahan olunmaq

Adnan Oktarın Qaziantep Olay Tv-dəki canlı reportajı (15 fevral 2011)

Muminun surəsi. Bismillah. Şeytandan Allaha sığınıram. 61-cı ayə. “Məhz onlar, xeyirlərdə yarışırlar.” Xeyirlərdə yarışmaq necə olar? Var gücüylə hər kəs ən yaxşını əldə etməyə çalışacaq. “Və onlar buna görə önə keçirlər.” Deməli, dünyada bir yarış, təqva yarışı var, inşaAllah. “Heç kimə” bax, Allah bir sirr verir; “güc çatdıracağından artığını yükləmərik.” Allahın heyrət ediləcək bir möcüzəsidir. Allah heç kimə güc çatdıracağından artığını yükləmir. “Əlimizdə haqqı söyləyən bir kitab vardır.” Qədərdə bu yazılmışdır, Allah deyir. “Və onlar heç bir haqsızlığa məruz qalmazlar.” “Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz.”

Bax, Quran ayələri oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz, deyir. Kimlər geri dönər? Bunu, mürtəcelər edər. Quranı qəbul etmirlər, xurafatı qəbul edirlər. Adam saatlarla xurafat izah edir, xurafatı ağzı açıq dinləyir. Söyləsənə; Qurandan izah et bizə, tam doğrunu izah et, bizə Kutub-i Sittədən izah et. Bizə Əhli Sünnə alimlərinin açıq əsərlərini izah et, demir. Sonuna qədər xurafatları dinləyir. “Həqiqətən, sən onları doğru olan yola çağırırsan” deyir. Bunun da əbcədi yenə mehdiyyətin dövrünü verir.

“Əgər haqq, onların həva (istək və ehtiras)larına uyacaq olsaydı” yəni Qurandan başqa bir vəziyyət olsaydı, “heç müzakirəsiz, göylər, yer və… ardı...