iman etməyən

Adnan Oktarın 27 yanvar 2011 Samsun Aks tv-dəki söhbətindən

ADNAN OKTAR: Nisa surəsi, 155, şeytandan Allaha sığınıram. “Onların öz sözlərini pozmaları, Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri və: “Ürəklərimiz örtülüdür” demələri səbəbiylə (onları lənətlədik.)”Kimləri lənətləyir Allah yəhudilərdən? Bax “onların öz sözlərini pozmaları” öz sözlərini pozurlar. Allahın endirdiyi sözləri pozurlar. “Allahın ayələrini inkar etmələri,” Tövratı dəyişdirirlər. “Peyğəmbərləri haqsız yerə öldürmələri” bir çox Peyğəmbəri haqsız yerə öldürdülər. Yəhya (ə.s)-ı, Zəkəriyya (ə.s)-ı və bir çox Peyğəmbəri şəhid etdilər. “Və: “Ürəklərimiz örtülüdür” demələri səbəbiylə (onları lənətlədik. )”Hansıları? Bunu edənləri. Bütün yəhudilərimi? Xeyr. Kim edirsə, onu. “Xeyr; Allah, inkarlarına görə ona (ürəklərinə) damğa vurmuşdur. Onların azı xaricində, inanmazlar.” Deməli, inananlar var. İnanmayanlar, onlar ayrıdır. Allah onları ayırır. “(Bir də) İnkar etmələri və Məryəmin əleyhində böyük böhtanlar söyləmələri,” Məryəm anamız haqqında çox çirkin böhtan atmaları. “Və: “Biz Allahın elçisi Məryəm oğlu Məsih İsanı, həqiqətən, öldürdük” demələrinə görə (onlara belə bir cəza verdik.) Halbuki, onu öldürmədilər” İsa Məsihi öldürmədilər. “Və onu asmadılar.” “Ma katalehu” deyir, Allah ayədə. “Amma onlara (onun) bənzəri göstərildi.” Təşbeh edildi, göstərildi. “Həqiqətən, onun haqqında anlaşılmazlığa düşənlər,” hələ də anlaşılmazlıq içindədirlər.

“Qəti bir şübhə içindədirlər” deyir, Allah. Qərar verə bilmirlər. “Onların bir zənnə uymaqdan başqa  heç bir məlumatları yoxdur.” Yox, “İsa… ardı...