iddia
Əhəmiyyətli məsələlərdən biri də budur ki, bəzi nur tələbələri, Ustadın hz. Mehdi (ə.s)-dan bəhs edərkən istifadə etdiyi Mehdi və Mehdi Ali-Rəsul sözlərini bir-birindən ayrı mənada ifadə etmiş kimi iddia edirlər. Mehdi sifətinin Mehdi Ali-Rəsul sifətindən daha aşağı bir məqamı kimi ifadə edirlər, çünki Ustadın bəhs etdiyi Mehdi Ali-Rəsul ifadəsində keçən “Rəsul” sözünün “əsər verilən” yəni əsərə sahib çıxacaq, əsərdən istifadə edəcək olan şəxs mənasında olduğunu bildirir. Buna görə də İmam Rəbbani Həzrətləri, Gilani Həzrətləri, Mövlana Xalid və Ustad Həzrətləri “əsərin sahibi olan mücəddidlər” ifadə etdiyini iddia etmişdirlər. Axırzamanın Mehdisi isə Ustadın hazırladığı əsərlərdən faydalandığına görə əsər sahibi ola bilməyəcək, bu səbəblə də Mehdi peyğəmbər olmayacaq.
Halbuki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisi-şəriflərdə hz. Mehdi (ə.s)-ın əlində öz hazırladığı böyük əsərlərinin olacağı və inkar edənlərə qarşı bu nəhəng əsərlərlə fikri bir mübarizə aparacağı bildirilmişdir:
Mən əsfarla (böyük kitablarla) mübarizə etmədikcə dünya getməz (qiyamət qopmaz) … Onlarla fikri mübarizə etmək üçün Allah yolunda döyüşən, laimin levmindən (yəni başqasını pisləyən dedi-qodudan, qınayanın qınamasından) möminlərin seçilmişlərindən olan Hicaz əhli yola çıxacaq və KONSTANTİNOPOL İLƏ RUMİ (ROMANI) TƏSBEH VƏ TƏKBİRLƏ FƏTH EDƏCƏKLƏR … O şəhərin divarları bir-bir yıxılacaq… “ (İbni Mace ve Hakim)
Yenə İmam Sadiqdən (r.ə)… ardı...
Ustadın Hz. Mehdi (ə.s.) olduğu iddiası tamamilə səhvdir
Yenə bəzi Nurçu qardaşlarımız axırzamanda bu üç vəzifəni yerinə yetirərkən Risaləi Nuru özünə proqram etməsinə görə, hz. Mehdi (ə.s)-ın etdiyi bütün işlərin Ustadın üzərinə düşəcəyini də iddia edirlər. Ustadın əsl memar olduğunu, hz. Mehdi (ə.s)-ın isə (haşa) bir inşaat ustası kimi hazır olan bir proqram üzərində vəzifəsini icra edəcəyini iddia edirlər. Bu səbəbdən hz. Mehdi (ə.s)-ın işinin guya çox asan olacağını eyham edərək, axırzamanın ən şiddətli zamanında vəzifəli olan gəlmiş-keçmiş ən böyük vəli və qütbü əzəm vəzifəsini sanki kiçik hesab edərmiş kimi yanaşırlar. Yenə eyni kəslər hz. Mehdi (ə.s)-ın Ustadın tələbəsi mövqeyində olacağını da ifadə edərək Risalələrə tamamilə tərs olan bir məntiq inkişaf etdirirlər. Halbuki Ustad, hz. Mehdi (ə.s)-ın qabaqcıl əsgəri, ona yer (zəmin) hazırlayan bir nəfəri, bir xidmətçisi olduğunu risalələrində çox açıq bir şəkildə ifadə etmişdir.
O, İRƏLİDƏ GƏLƏCƏK ƏCAİB (Çaşdıran və heyrət oyandıran şey; bənzəri görülməyən; qəribə) ŞƏXSİN BİR XİDMƏTÇİSİ VƏ ONA YER HAZIRLAYAN BİR DÜMDARI (Ordunun arxadan gələn təhlükəsizlik qüvvəsi) VƏ O BÖYÜK KOMANDİRİN PİŞDAR (qabaqcıl) BİR NƏFƏRİ (əsgəri) OLDUĞUMU ZƏNN EDİRƏM. … (Barla Lahiqəsi, səh. 162)
Bədiüzzaman Səid Nursi Həzrətləri Risalələrin heç bir yerində belə bir məntiq bidirməmişdir. Həmçinin, bu məntiqlə… ardı...
Mehdinin Bəddiüzzaman olduğu iddiası tamamilə səhvdir
Yenə bəzi Nurçu məzhəbindən olan qardaşlarımız axırzamanda bu üç vəzifəni yerinə yetirərkən Risaləi Nuru özünə proqram etməsi səbəbiylə hz. Mehdi (ə.s)-ın etdiyi bütün işlərin Ustada düşəcəyini də iddia edirlər. Ustadın əsl memar olduğunu, hz. Mehdi (ə.s)-ın isə haşa bir inşaat ustası kimi, hazır olan bir proqram üzərində vəzifəsini icra edəcəyini iddia edirlər. Bilavasitə də hz. Mehdi (ə.s)-ın işinin guya çox asan olacağını fikirləşərək, axırzamanın ən şiddətli dövründə vəzifə alacaq olan gəlmiş-keçmiş ən böyük vəli və qütbü əzəm (dövrünün ən böyük, ən mübarək şəxsi) vəzifəsini, sanki kiçik hesab edərək yanaşırlar. Yenə eyni kəslər hz. Mehdi (ə.s)-ın ustadın tələbəsi mövqeyində olacağını da ifadə edərək Risalələrə tamamilə tərs düşən bir məntiqdədirlər. Halbuki Ustad hz. Mehdi (ə.s)-ın bir qabaqcıl əsgəri, ona yer hazırlayan, zəmin quran bir xidmətçisi olduğunu risalələrində çox açıq bir şəkildə ifadə etmişdir.
LAKİN, (ÖZÜMÜN) O İRƏLİDƏ GƏLƏCƏK OLAN, ƏCAİB (Çaşdıran və heyrət oyandıran şey; bənzəri görülməyən; qəribə), MÜBARƏK ŞƏXSİN BİR XİDMƏTÇİSİ VƏ ONA ZƏMİN HAZIRLAYAN BİR DÜMDARI (əsgəri, ordunun geridən gələn təhlükəsizlik qüvvəsi) VƏ O BÖYÜK RƏHBƏRİN PİŞDARI (qabaqcıl əsgəri) OLDUĞUMU ZƏNN EDİRƏM. … (Barla Lahikası, səh. 162)
Bədiüzzaman Səid Nursi Həzrətləri Risalələrin heç bir yerində belə bir məntiq bidirməmişdir. Həmçinin, bu məntiqlə… ardı...
Nur tələbələrindən olan Mehmet Əli Qaya, kitabının 277 -ci səhifəsində hz. Mehdi (ə.s)- ın hakimlik xüsusiyyətiylə əlaqədar olaraq bu şərhi etmişdir:
Hakim: Müdrik və hikmət sahibi mənasını verir. Qədimdə buna filosof deyilmişdir. Bu xüsusiyyətilə Bədiüzzaman o dərəcədə böyük bir hakim və alimdir ki, Mehmet Akif Ərsoy və Əli Ülvi Qurucu kimi alimlər, Nurəddin Topçu kimi fəlsəfəçilər “Sokrat və Aristotel fəlsəfədə Səid Nursinin ancaq tələbəsi ola bilərlər” demişlər. Artıq bizə söz düşməz. …hökm vermək istiqamətindən məsələyə baxsaq hökm və hakimiyyət hər vaxt elm və qələm sahiblərinindir və hər vaxt elm sahibləri hakimdir. Bütün insanlar elmin məhkumudur. Haqlı olan da hər vaxt hakimdir. Məhkum olan ancaq günahkar olandır. …Bu baxımdan Bədiüzzaman Səid Nursi həm hakimdir, həm də hikmətli bir insandır. Əsla məhkum olmamışdır.
Buradakı ifadələrindən görüldüyü kimi Mehmet Əli Qaya Ustadımıza sevgisini göstərmək adına şiddətli bir məntiqsizlik içinə düşür. Ustadımızın Axır zamanın böyük Mehdisi olduğunu isbat edə bilmək üçün, öz fikrinə görə bir üsul taparaq hər kəs tərəfindən mənası bilinən hakimlik anlayışını həqiqi mənasından uzaqlaşdıraraq, filosof kimi açıqlayır. Ardından da Bədiüzzaman həzrətlərinin gəlib-keçmiş ən böyük filosof olduğunu ifadə edərək, hz. Mehdi (ə.s)- ın digər heç bir mücəddiddə toplu olaraq olmayan 6 böyük xüsusiyyətindən biri olan hakimlik… ardı...
Hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)- in hədislərində açıq bir şəkildə bildirdiyi kimi heç bir təriqətə, məzhəbə, yaxud mürşidə bağlı olmayacaq.
İmam Həsən (ə.s) belə buyurur:
Məryəmin oğlu İsa (ə.s)-ın onun arxasında namaz qılacağı Qaim (hz. Mehdi (ə.s)) xaric, …. hamımızın boynunda beyət məsuliyyəti vardır. Uca Allah, heç bir kimsənin boynunda beyət məsuliyyəti olmaması üçün hz.Mehdi (ə.s)- ın doğumunu gizləyəcək və gizli olmasını əmr edəcək.(Mucem-ul Ehadisi İmam Mehdi cild: səh. 3: 165)
Böyük İslam alimi Muhyiddin Ərəbi həzrətləri də “Fütühat-ül Məkkiyə” adlı əsərində hz. Mehdi (ə.s)- ın bütün məzhəbləri ortadan qaldıracağı, yəni heç bir məzhəbə bağlılığı olmayacağı haqqında belə bir məlumat vermişdir:
… Hz. Mehdi (ə.s), dini Peyğəmbərin zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündə məzhəbləri ortadan qaldıracaq. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. (Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət əlamətləri, səh. 186-187)
Muhyiddin Ərəbi əl Endülüsihəzrətləri yenə eyni əsərində belə bildirir:
… Onun ( Hz.Mehdi (ə.s.)- ın) düşmənləri ictihad alimlərinin təqlid edənləri olacaq. Çünki onlar, hz. Mehdi (ə.s.)-ın məzhəb imamlarının əksinə hökm etdiyini gördüklərində buxoşlarına gəlməyəcək, lakin qarşı da gəlməyəcəklər… Onun (hz. Mehdi (ə.s)-ın) qılınc qardaşlarıdır. Qılıncından qorxduqları üçün istər istəməz hakimiyyətinə boyun əyəcəklər. Onun (hz. Mehdi (ə.s)-ı)açıq düşmənləri,şəriət… ardı...