iddia edənlər

1. Hər əsrdə bir mücəddid gələcəkdir. Hicri 1400-cü ildə gələcək olan isə, Axırzamanın böyük mücəddidi hz. Mehdi (ə.s)-dır.

 

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə, böyük əhli sünnə alimi Əbu Davud həzrətlərinin Sünəni Əbu Davud adlı əsərində, İmam Rəbbani həzrətlərinin Məktubatında keçən hədislərdə və hicri 1300-cü ilin mücəddidi olan son min ilin ən böyük alimi və mücəddidi olan Səid Nursi həzrətlərinin risalələrində hər əsrdə İslam dinini xurafatlardan ayıracaq bir adamın gələcəyi, bu adam vəsiləsiylə İslam əxlaqı, fəziləti və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin canlandırılacağı xəbər verilmişdir. Peyğəmbərimiz (s.ə.v) hədislərində, xüsusilə hicri 1400-cü ili hz. Mehdi (ə.s)-ın zühur vaxtı olaraq bildirmiş və bu dövrdən etibarən insanların hz. Mehdi (ə.s) ətrafında toplanmağa başlayacaqlarını söyləmişdir. Ustad həzrətləri isə yaşadığı hicri 1300-cü ildən yüz il sonra hz. Mehdi (ə.s)-ın gələcəyini və dünyaya hakim olan zülm sistemini dağıdacağını söyləmişdir.

62

Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:“Həqiqətən Əziz və Cəlil olan Allah HƏR YÜZ İLİN BAŞLANĞICINDA bu ümmətin dinini xurafatdan (dinə sonradan əlavə edilmiş batil tətbiqlərdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər.” (Süneni Əbu Davud, 5/100)

HƏR YÜZ  İLİN BAŞLANĞICINDA bu ümmətin üləması arasından BİR MÜCƏDDİD GƏLƏCƏK və şəriəti (Quran əxlaqı və fəziləti ilə Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) canlandıracaq. (Məktubatı Rəbbani, 1/520)    

 … ardı...