İbrahim surəsi 32

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı…… (İbrahim surəsi, 32)

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (İbrahim surəsi, 32)

Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. (İbrahim surəsi, 33)

 

Yuxarıdakı ayələrdə Allah, göylərin və yerin Yaradıcısı olduğunu, böyük bir nemət olan suyu insanlara xüsusi olaraq endirdiyini bildirmişdir. Hər an milyonlarla kub metr su, okeanlardan atmosferə, oradan da quruya daşınar, torpaq da bu su sayəsində məhsulunu bol-bol verər. Allahın böyük bir neməti olan bu nəhəng su dövranı sayəsində insanlar ehtiyaclarını qarşılayıb, həyatlarını rahatlıqla yaşayırlar.

 

Ayədə həmçinin, gəmilərin dənizlərdə üzməsini də, Allahın insanlara verdiyi bir nemət olduğu xəbər verilmişdir. Suyun insanların əmrinə verilmiş olması əlbəttə ki, Allahın insanlara böyük bir lütfüdür. Su, Allah dilədiyi üçün daşıma qüvvətinə malikdir, gəmilər Allah dilədiyi üçün suyun üzərində üzə bilər.

 

Ayənin davamında kainatdakı canlı-cansız bütün varlıqların Allahın idarəsi altında olduğu bildirilmişdir. Allah, kainatı insanın həyatı üçün yaratmış, günəşi, ayı, gündüzü və gecəni insan üçün “ram” qılmış və onu hər cür nemətlərlə zənginləşdirmişdir.

 … ardı...