Hz Mehdi

 

Qiyamətdən əvvəlki son dövr olan axır zaman, Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində müjdələndiyi kimi, Hz. Mehdi (ə.s.)-ın zühuru və Hz. İsa (ə.s.)-ın nüzulu ilə çox mübarək bir dövrə işarə edir. Yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, dinclik, xoşbəxtlik və rifah gətirəcək çox mübarək və dəyərli bir şəxs olan Hz. Mehdi (ə.s.)-ın zühuru  əsrlərdir İslam ümməti tərəfindən gözlənilən müjdəli bir hadisədir. Ancaq, bəzi məzhəblər və qruplar arasında Hz. Mehdi (ə.s.)-ın görünməz olduğu barədə səhv bir inancı vardır. Hörmətli Adnan Oktar bu “görünməz Mehdi” inancının səhv olduğunu reportajlarında tez-tez vurğulayaraq bütün İslam aləminə səslənməkdə və Hz. Mehdi (ə.s.)-ın görünməz deyil, bir şəxs olduğunu dəlilləriylə ortaya qoymaqdadır.

 

gorunmez inanc_tehlike_06

 

Peyğəmbərimiz (s.ə.v.)  hədislərində Hz. Mehdi (ə.s.)-ın xüsusiyyətləri haqqında bir çox məlumatlar vermiş və insanların Hz. Mehdi (ə.s.)-ı bir şəxs olaraq görəcəklərini bildirmişdir. Rəvayətlərdən və İslam alimlərinin izahlarından Hz. Mehdi (ə.s.)-ın mənəvi bir şəxs olmayacağı, fiziki xüsusiyyətlərinə, xarakter və əxlaqına kimi  təsvir edilmiş mübarək bir şəxs olacağı, açıq və dəqiq bir şəkildə aydın olmaqdadır.

 

Hörmətli Adnan Oktar da  müxtəlif tarixlərdə olan reportajlarında Hz. Mehdi (ə.s.)-ın şəxs olduğunu və şəxsi mənəvi gözlənilməsinin təhlükəsini izahlı olaraq açıqlamaqdadır.

Hz. Mehdi (ə.s.)-ın ana və atası olacaqdır.

 

Hz. Mehdi (ə.s.) bütün peyğəmbərlər… ardı...

 

Hz. Mehdi (ə.s.) dəccal tərəfdarlarının oynunu pozacaq

Dünyada səmimi dindarların xaricində, səhv istiqamətləndirilə bilən və ya, dini səhv inanclar içində yaşayan insanlar da var. Bütün dünyaya dinsizlik, qırğın, döyüş və zülm gətirməyi hədəfləmiş olan massonlar çirkli oyunlarını  bu  kəslər üzərində oynayaraq, onların aralarında fəsad və ayrılıq çıxararaq məqsədlərinə çatmaq hədəfindədirlər. Bu səbəblə massonlar bir qisim Müsəlmanları, bir qisim Yəhudiləri və bir qisim evanjelik Xristianları təsirləri altına almış, hər birini eyni çirkli hədəfə yönəltmişlər.

Bu təlqinə uyan bəzi Müsəlmanlar massonların istiqamətləndirməsiylə Hz. Mehdi (ə.s.)-ın ortaya çıxışı ilə sel kimi qan axıdılacağını, insanların qətlə yetiriləcəyini, axan qanın atların qarnına qədər çatacağını iddia edirlər. Bəzi evanjelik Xristianlar isə, yenə masonik sehrinin yoluyla  istiqamətləndirərək, Hz.Mehdi (ə.s.)-ın gəlişi ilə birlikdə dünya əhalisinin 1/3 hissəsinin qətl ediləcəyini, tam 2 milyard 335 milyon insanın yox ediləcəyi böyük bir qırğın gözləyirlər. Bir qisim Yəhudilər  isə yenə eyni dövrdə, həm Xristianların həm də, Müsəlmanların arasından milyonlarla insanın qətl ediləcəyi inancındadırlar.

SƏHV İSTİQAMƏTLƏNDİRİLƏN BU İNSANLARIN HAMISININ HƏDƏFİ QAN TÖKMƏKDİR. Massonlar öz planlarını qüsursuzca tətbiq etmiş, söz mövzusu olan kəsləri özlərinə tərəfdar halına gətirmişdir. HAMISININ İDARƏÇİSİ MASSONLARDIR.

Bu anda massonlar və  bu fikrin müdafiəçisi olan bir qisim Müsəlmanlar, Xristian və Yəhudilər  tək bir fikirdə birləşmişlər.… ardı...

 

A0040Peyğəmbərimiz (s.ə.v) rəvayətlərində “ümmətinin ömrünü 7000 il olacağını” bildirmişdir.

Rəsulullah (s.ə.v) buyurdu: Dünyanın ömrü, axirət günlərindən yeddi gündür. Allah Təala buyurdu ki: “Sənin Rəbbinin yanındakı bir gün, sizin saydığınız min ilə bərabərdir.”

Başqa bir hədisdə isə, Peyğəmbərimiz (s.ə.v), bu 7000 illik ömürdən, 5600 ilin keçdiyini ifadə etmişdir.

Dünyanın yaranmasından beş min altı yüz il keçib. (Ali B. Hüsaməddin əl-Muttaki, Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır zaman, sf. 89)

Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bu vaxtı əsas tutaraq edilən bir hesabla; 7000-5600=1400 tarixi çıxır. Hal-hazırda Hicri 1430-cu ili yaşayırıq. (1400-1500 arasındakı 100 il son gününə qədər hicri 1400-cü illərə daxildir)

Peyğəmbərimiz (s.ə.v) İslam ümmətinin ömrü ilə əlaqədar olaraq belə bildirmişdir:

“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ  KEÇMƏYƏCƏK.” (Suyuti, əl-Kəşfi an Mücavəzəti Hazihil Ümməti əl-Elfu, əl-havi lil Fətavi,. 2/248, təfsiri Ruhul Bəyan. Bursəvi. (Ərəbcə) 4/262, Əhməd bin Hənbəl, Kitabul-İlel, sh. 89.)

Demək ki, hal-hazırda yaşadığımız Hicri 1400-1500 arasındakı 100 illik müddət, iman edənlərin Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s) kimi iki müqəddəs şəxs ilə görüşəcəkləri, İslam əxlaqının dünya hakimiyyətində yaşanacağı, dəccaliyətin fikirlə yox olacağı  bir dövr olacaq.

Hal-hazırda yaşadığımız dövr axır zamandır. Yəni, dünyanın son dövrüdür. Peyğəmbərimiz (s.ə.v)-dən Hz. İsa (ə.s)-ın və Hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri olaraq bildirilən hədisləri təsdiqlənib… ardı...