Hz mehdi(əs) olduğunu

İnsanlar hz. Mehdi (ə.s)-ın “hz. Mehdi (ə.s)” olduğunu bilməyəcəklər

Sidr Seyrəfi, İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalamdan belə eşitdiyini bildirir: “…Haqqı tapdalanan və inkar olunan məzlum imamınız və bu (qeybin) sahibi (hz. Mehdi (ə.s)), onların arasında gəzib-dolanar, bazarlarda gəzər, onların keçdiyi ​​yerlərdən keçər, amma onlar onu (hz. Mehdi (ə.s)-ı) tanımazlar. Sonda Allah, hz. Yusifə izn verdiyi kimi onu da (hz.Mehdi (ə.s)-ın da) tanıtmaq üçün izin verəndən sonra tanıyacaqlar.

Əmr ibn Sad, əmirəlmöminin Əli ibn Əbu Talib əleyhissalamdan belə nəql edir: “…Əlinin rəbbinə and olsun ki, hüccət (hz. Mehdi (ə.s)) ayaqda olacaq, dünyanın yollarında yeriyəcək, evlərə və saraylara girəcək, bu yerin şərqində və qərbində gəzəcək, sözləri eşidiləcək, camaata salam verəcək, görəcək amma vəd edilən vaxta kimi və göydən bu səs gələnə qədər (hz.Mehdi olduğu) bilinməyəcək”.2

Peyğəmbərimiz (s.ə.v), zühurundan əvvəlki dövrdə hz. Mehdi (ə.s)-ın insanlar arasında tezliklə görünəcəyini, insanların onu evlərində oturarkən, küçələrdə gəzərkən görəcəklərini, televiziyalardan, internetdən səsini eşidib, onu görəcəklərini, adını eşidəcəklərini, ancaq buna baxmayaraq onun hz. Mehdi (ə.s) olduğunu bilməyəcəklərini bildirmişdir. Eyni zamanda hz. Mehdi (ə.s)-ın insanlar arasında, marketlərdə, bazarlarda da gəzib-dolaşacağını, ancaq onun hz. Mehdi (ə.s) olduğunu gözləmədikləri üçün, insanların hər hansı biri olduğunu zənn edib tanıya bilməyəcəkləri ifadə edilmişdir. Hədislərdə verilən bu məlumatlar, hz. Mehdi (ə.s)-ın insanlar arasında tanınan, bilinən, olduqca göz qabağında olan, adı və şöhrəti hər kəsə bəlli olan ancaq, “hz. Mehdi (ə.s) sifəti ilə tanınmayan” biri olacağını    bildirir.

 

1. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 189)

2.  (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 167)

R0196(1)