Hud surəsi 84-87

Hud surəsi, 84-87-ci ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Bismillahir-Rəhmanir-Rəhim. “Mədyən (xalqına da) qardaşları Şueybi elçi olaraq (göndərdik)”. Şueyb “şöbəcik” deməkdir. Mehdi (ə.s)-ın da bir adıdır. Kiçik bir şöbə, kiçik bir birlik mənasını verir. “Dedi ki, ey qövmüm, Allaha ibadət edin, Ondan başqa İlah yoxdur”. Tək Allah, baxın,bütün peyğəmbərlər hər yerdə  eyni şeyi― “bir olan  Allaha inanıb və şükür edilməsini” söyləyirlər. “Ölçüdə və çəkidə düz olun” yəni məzluma haqsızlıq etməyin, gözəl əxlaqlı olun, ölçüdə düz olmasanız zülm etmiş olarsınız. “Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram!”. Allahın onlara bolluq və xeyir vermiş olduğunu deyir. “Sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram! Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını kəsməyin.” Baxın, bütünlüklə axırzamana  aiddir. Axır zamanda bu zülmlər olur. Allah iqtisadi böhran yaratdı. Allah Təala buyurur: ” Yer üzündə fitnəkarlar olaraq qarışıqlıq çıxarmayın”, yəni anarxiya və terror yaratmayın. “Əgər möminsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir.”

“Mən də sizə göz qoyan deyiləm!” “Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk… ardı...