Hud surəsi 3

O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin … (Hud surəsi, 3)

Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. (Hud surəsi, 3)

 

Uca Allah bu ayədə Özündən içi titrəyərək qorxan, səhvlərindən və günahlarının  bağışlanması üçün tövbə edən saleh möminləri, dünya həyatında ən gözəl şəkildə nemətləndirəcəyini və onlara lütflər edəcəyini bildirir. Həmçinin ayədə bağışlanma diləmək nemət verilməsinə səbəb olacağına işarə edilir.

 

Mömin özünü yaradan Uca Allahın böyüklüyünün şüurunda olduğu, Onun əmr və qadağanlarına uyğun gəldiyi səhvlərinə görə bağışlanma dilədiyi, Allahın razılığını qazanmaq üçün yaşadığı və cənnəti ümid etdiyi üçün daim Allahın köməyi və ehsanı ilə qarşılıq görər. Allah qullarının bütün xeyirli əməllərinə ən yaxşı əməllərə görə cavab verər. Çünki Uca Allah Özü üçün edilən heç bir ehsanı qarşılıqsız buraxmaz.

 

Allahdan bağışlanma diləmək, tövbə etmək saleh bir mömin xüsusiyyətidir. Bu davranışlar möminin Allah qarşısında nə qədər aciz və zəif olduğunun fərqində olduğunun da bir ifadəsidir. Çünki iman gətirənlər səhvləri və əksiklikləri olduğunu və dünya həyatı boyunca da səhv edə biləcəklərini bilir, bunun üçün… ardı...