Hucurat surəsi 12

Ey iman gətirənlər! Zənnə çox qapılmayın (Hucurat surəsi, 12)

Ayədə möminin çəkinməsi lazım olan üç əhəmiyyətli rəftardan söz edilir; zənnə qapılmamaq, qeybət yəni dedi-qodu etməmək və təcəssüs etməmək, yəni gizli tərəfləri araşdırmamaq … Bunlar eyni zamanda bir-birləriylə əlaqəli davranışlardır. Çünki qeybət edən, yəni bir mömini arxasından çəkişdirən adam, onsuz da onun haqqında bəzi pis zənlər bəsləyir deməkdir. Eyni şəkildə təcəssüs edən bir adam da müxtəlif zənlər üzərinə belə bir davranışı göstərir. Ayədə qadağan edilən bu mövzuların hər biri, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə görülən pis əxlaq xüsusiyyətləridir və ortaq xüsusiyyətləri; möminləri incidən, möminlər arasındakı həmrəyliyi zədələyən, sevgi, şəfqət və mərhəməti azaldan davranışlar olmasıdır. Uca Allah Quranda möminləri bu davranışlardan qəti olaraq məhrum etmişdir.

 

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə çox təbii qarşılanan bu vərdişlərin əslində nə qədər narahatlıq verən hərəkətlər olduğu ayədəki qeybətlə əlaqədar bənzətmədən də başa düşülə bilər. Sonsuz hikmət sahibi olan Allah, qeybəti qardaşının ətini yeməyə bənzətmiş və bunun nə qədər iyrənc olduğunu bildirmişdir.

 

Ayədə keçən qüsurlar içində diqqət yetirilməsi lazım olan bir başqa rəftar da zənn etməkdir. Zənn, ürəkdə meydana çıxan və açıqlanmadıqca  möminin tək özünün təsbit edib tədbir ala biləcəyi bir hadisədir. Bu səbəblə, möminlərin son dərəcə diqqətli olması lazım olan bir vəziyyətdir. Əgər mömin lazım… ardı...