Hörümçək

orumcek

Hörümçəklərin tavanda yeriyə bilmələrinin sirri

Almaniyanın Bremen əyalətindəki Texniki Zoologiya və Bionik İnstitutunda fəaliyyət göstərən biomexanika mütəxəssisi Endryu Martin (Andrew Martin) və həmkarları sıçrayan kiçik bir hörümçəyin (evarcha arcuata) ayağını elektron mikroskopunda tədqiq etdilər. Əldə olunan şəkillər ayaqların altında digər hörümçəklərdə olduğu kimi uzun tüklərin (setan) düzüldüyünü aşkar etdi. Bu tüklərin hər biri daha da incə  və ucları üçbucaq şəklində tükcüklərə ayrılırdı (setules). 1

 

Elm adamları nə cür bir yapışma qüvvəsinin fəaliyyətdə olduğunu görmək üçün daha çox material istehsalında istifadə edilən bir üsulla hörümçəyin ayağı və kiçik bir tel arasındakı yapışma qüvvəsini ölçdülər.

Tədqiqatçıların hesablamalarına görə təxminən 600.000 tükcüyün birlikdə təmasıyla tavanda asılı vəziyyətdə duran bir hörümçəyin öz çəkisindən 173 dəfə artıq olan bir ağırlığı tuta biləcək bir yapışma qüvvəsi ilə yapışdığını göstərdi.

 

Bu nəticələri şərh edən Martin belə nəticəyə gəldi ki, hörümçək səthə Van der Vaals qüvvəsiylə (bir-birinə millimetrin milyonda biri qədər yaxın olan molekullar arasında ortaya çıxan elektrostatik cazibə qüvvəsi) yapışır. Van der Vaals qüvvəsi yalnız cisimlər arasındakı məsafə ilə əlaqədardır və ətraf mühitin vəziyyətindən təsirlənməz.

Bunun sayəsində hörümçəyin divara yapışma üsulu nəm ikən yapışa bilən not kağızları və havasızlıq şəraitində kosmosda səthlərə yapışa bilən kosmos geyim formaları kimi qeyri-adi materialların istehsalında təqlid edilə biləcək… ardı...

 

spiderman
Bu günlərdə hər yaşda insanın maraqla izlədiyi yeni bir film daha viziondadır: “Hörümçək adam-2”.

Amerika Birləşmiş Ştat-larında 2 il bundan əvvəl yayınlanmağa başladıqda bütün zamanların ən yüksək “ilk 3 gün” hasilatı rekordunu vuran filmin ikincisi də yeni rekordlara imza atmağa namizəd görünür. Film Şimali Amerikada əldə etdiyi kassa hasilatıyla ‘ilk gün’ rekordunu vurdu və viziona girdiyi ilk gün, kassalara 40.5 milyon dollarlıq hasilat buraxdı.

Filmin mövzusu qısaca belədir:

Mülayim xasiyyətli Peter Parker (Tobey Maguire) bir tərəfdən güclərinin ona təmin etdiyi üstünlükləri insanların faydalanması üçün istifadə edib bir tərəfdən buna görə qarşılaşdığı çətinliklərlə mübarizə apararaq, bir tərəfdən də Hörümçək adam ilə tələbə şəxsiyyəti arasındakı tarazlığı qorumaq məcburiyyətindədir. Peter bu dəfə güclü, çox qollu pis ürəkli Dr. Octopus (Ahtapot) yəni qısaca “Doc Yan” (Alfred Molina) ilə qarşı-qarşıyadır. Peterin bu səkkiz qollu dəli adamı dayandırmaq üçün bütün super qəhrəman gücünü toplaması lazımdır.

Budur, Hörümçək adam-2 filmi bu həyəcanlı hekayəni mükəmməl vizual effektlərlə birləşdirərək tamaşaçılara vizual ziyafət verir.

“Spider-Man / Hörümçək-adam” klassikləşmiş Marvel Comic cizgi roman obrazına söykənir. Marvelin meneceri Stan Lee ilə şirkətin xarakter dizayneri Steve Ditkonun qurduqları obraz, Hörümçək adam ilk olaraq 1962-ci ildə çox da müvəffəqiyyətli olmayan cizgi roman “Amazing Fantasy”nin (inanılmaz Fantaziya) son buraxlışında göründü. Obraz elə sürətli bir şəkildə… ardı...