hiyləgər

Hz. Mehdi (ə.s) zühur etdiyində yalançı, inkarçılar ona qarşı mübarizə aparacaqlar

Mufazzal ibn Ömər, imam Əbu Abdullah Cəfəri Sadiq (r.ə)-ın belə buyurduğunu bildirdi: “…VƏ XALQIN ƏN ƏDƏBSİZLƏRİ OLDUĞU ZAMANDA, ZÜHUR BAŞ VERƏCƏK (HZ. MEHDİ (Ə.S.) ORTAYA ÇİXACAQ). ” (Gaybet-i Nümani, səh. 187)

 

Hz. Mehdi (ə.s) axırzamanda darvinizmin, kommunizmin, materializmin və ateizmin yəni başqa sözlə desək, dəccaliyyətin insanlar və cəmiyyətlər üzərində ən şiddətli təxribat apardığı bir dövrdə zühur edəcək. Dəccaliyyət insanların Allahdan, iman etməkdən uzaqlaşmalarına, bir çox ölkədə dindarların cəmiyyət içində yadlaşmasına, din əxlaqının yaşanmasının və izah edilməsinin günah kimi qəbul edilməsinə səbəb olacaq. Peyğəmbərimiz (s.ə.s)-in digər hədislərində də xəbər verdiyi kimi, müsəlmanları sanki əsir götürəcək, Quran əxlaqının yaşanmasına mane olacaq. Dəccaliyyətin bu təzyiqi və zülmü indiki vaxtda açıq bir şəkildə görünür. Dünyanın bir çox ölkəsində müsəlmanlar yalnız dinlərinə görə təzyiq altına alınırlar, ibadətlərini istədikləri kimi yerinə yetirə bilmirlər.

Dinlərini azad şəkildə yaşamalarına mane törədilir, inanclı, iman sahibi insanların bir-birləriylə görüşmələri, söhbət etmələri belə az qala cinayət kimi qarşılanır. Kainatı və içindəkiləri yəni Allahın yaratdığı həqiqəti, heç bir elmi məlumat və dəlilə söykənmədən inkar edilir, bütün varlığın guya kor təsadüflərin bir nəticəsi olduğu kimi ağıl və elmdən kənar bir nəzəriyyə olan təkamül nəzəriyyəsi insanlara zorla qəbul etdirilməyə… ardı...