hiylə
Zalımlar öz hiylələrini qururdular.(İbrahim surəsi, 46)
Rəbbimiz bu ayədə, inkar edənlərin heç bir zaman möminlərə zərər verə bilməyəcəklərini; Allah qatında, onların qurduqları tələlərə qarşı mütləq özlərinə qurulmuş bir tələ olduğunu bildirir.
Kafir olanlar, möminlərə qarşı etdikləri mübarizələrində hər cür hiyləgər üsula müraciət edərlər. Bu üsulların ən çox işlədilənlərindən biri də möminlərin əleyhində ittifaq quraraq onlara müxtəlif tələlər qurmaqdır. Gizli-gizli qurduqları hiylələrinin müvəffəqiyyətli olacağını düşünən inkarçılar, planlarını edərkən iki adamın üçüncüsünün, üç adamın dördüncüsünün Allah olduğunu unudurlar. Allahın insanlara şah damarından daha yaxın olduğundan isə tamamilə qəflətdədirlər. Halbuki, Allah, gizləsələr də, açıq-aşkar etsələrdə “sinələrində gizli olanı biləndir”. İnkarçıların möminlərin əleyhinə ağıllarından keçirdikləri hər fikri, qurduqları hər tələni, etdikləri hər planı, Allah ən incə təfərrüatına qədər bilir. İnkar edənlərin quracaqları tələlər qədərlərində təyin olunmuşdur. Yenə Allah qədərdə onların hiyləsini pozacaq hadisələri də təyin etmişdir. Bu səbəbdən, möminlərə qarşı qurulan hər tələ əslində əvvəldən pozulmuş olaraq meydana gəlir. Nə qədər ağıllı, nə qədər hiyləgərcəsinə, nə qədər böyük olursa olsun, möminlərin əleyhinə qurulan bütün tələlər, hər şeyin Yaradıcısı olan Allah tərəfindən əvvəlcədən pozulmuşdur. Allah Quranda “kafirlərin hiylələrinin boşa çıxaracağını” bildirir. (Ənfal surəsi, 18)
Möminlərin, Allahın inkarçıların tələlərini boşa çıxaracağına dair etibarları tamdır. Allahın köməyinin hər an özləriylə birlikdə olduğunu bilərək daim… ardı...
Şeytanın zəif hiyləsi
Allah, hər insanı bu dünya həyatında sınayar və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imana görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağı təyin olunmuş olar. Allahın qulları üçün yaratdığı bu sınaq isə, son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da toxunulduğu kimi, insanın öhdəsinə düşən, Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır.
Allah, bu imtahan içində imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Allahın, ayələrində bildirdiyi kimi, şeytan, insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək, və ya bəzi insanların rəftarları və danışıqları vasitəsi ilə insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çəkindirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayar, insanlara müxtəlif tələlər qurar. Şeytanın, insanın düşməni olduğunu Allah bir ayəsində belə xəbər verir:
Ey iman edənlər, hamınız bütövlükdə sülhə ( İslama) gəlin və şeytanın yolu ilə getməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir. (Bəqərə Surəsi- 208)
Bununla yanaşı, Allahın ayələrində də bildirdiyi kimi, şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözüylə baxan bir insan, dərhal, şeytanın tələlərini görər və pozar. Allah Quranda şeytanın hiylələrinin çox zəif olduğunu və insanlar üzərində heç bir hökmünün olmadığını xəbər… ardı...