Hicr surəsi 89-91

Hicr surəsinin 89–91-ci ayələri Axırzamana və hz. Mehdi (ə.s)-a işarə edir

Və de: “Mən, həqiqətən, (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudanam!” Eynilə (Quranı) bölənlərə endirdiyimiz (əzab) kimi!  Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). (Hicr surəsi, 89- 91)

 

1.

…“mən açıq-aşkar bir qorxudanam!” …

 

Peyğəmbərimiz (s.ə.v), Allahın aləmlərə xəbərdar edib qorxuducu olaraq göndərdiyi son peyğəmbəridir. Ancaq Allah peyğəmbərləri xaricində seçdiyi vəli qulları vasitəsilə də insanları ayələrinə iman etməyə dəvət edir. Hz. Mehdi (ə.s) da, içində olduğumuz hicri 1400-cü ildə insanları iman etmələri üçün Qurana və İslam dininə dəvət edən, xəbərdar edən olacaq.

 

2.

 “… bölənlərə endirdiyimiz kimi, …”

 

Qurana və Peyğəmbərimiz (s.ə.v) sünnəsinə zidd olaraq, İslamda yeri olmayan batil inancları dinə daxil etməyə çalışan və müsəlmanlar arasında ixtilafları və qarşıdurmaları qızışdırmaq, qaldırmaq ayədə bildirilən “bölənlərdir”. Bu kəslər müsəlmanların  birliyini istəməyən kəslərdir. Birləşdirməyən, bölən, müsəlmanlar arasında cahiliyyə müddəaları ilə ayrılıq çıxaran insanlardır. Peyğəmbərimiz (s.ə.v) dövründə, Peyğəmbər əfəndimiz (s.ə.v)-in öndərliyində müsəlmanlar tək bir ümmət idi. Qurana və Rəsulullah (s.ə.v)-in sünnəsinə tam uyğun olaraq din yaşanırdı. Bu səbəbdən ayənin bu şərhi xüsusilə peyğəmbərimiz (s.ə.v)-dən sonrakı dövrlərə, yəni hz. Mehdi (ə.s)-ın zühur edəcəyi hicri 1400-cü illərə işarə edir. Çünki bu əsr, məzhəb ayrılıqlarından… ardı...