Hicr surəsi 6

Hörmətli Adnan Oktarın 30 noyabr 2010 tarixli Kaçkar TV reportajından

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram; “Onlar: “Ey özünə Kitab endirilən (Məhəmməd). Həqiqətən sən cinlənmiş (bir dəli)sən,” dedilər” deyir, haşa. “Əgər doğrunu söyləyirsənsə, bizlərə mələkləri gətirməli deyildinmi?” Başının üzərində mələk olsun deyirlər, göstərsin sənin peyğəmbər olduğunu, söyləsin, deyirlər. Cübbəli nə deyir? “Madam Mehdi (ə.s) çıxacaq, başının üzərində bir mələk olsun, mələk də söyləsin onun Mehdi (ə.s) olduğunu” deyir. Bu, eynisi deyilmi? Məkkə müşrikləri də eyni şeyi istəyir, sən də eyni şeyi istəyirsən. Çox səhv yoldasan onun üçün nəsihət veririk, doğrunu göstəririk. Allah deyir ki, bax; “Haqq olmadan Biz mələkləri endirmərik. O zaman da onlara göz açdırılmaz.” Göz açdırılmaz nə deməkdir? Elə bir şey olduğunda pərişan edərəm, məhv edərəm deyir Allah, elə bir şey olduğunda. Çünki imtahan mühiti qalxır.

 

Hörmətli Adnan Oktarın 11 Avqust, 2013-cü il tarixli söhbətindən Hicr surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Hicr surəsi, 6-cı ayə. “(Müşriklər Peyğəmbərə) belə dedilər: “Ey özünə Kitab nazil edilən kəs! Doğrudan da, sən dəlisən.” Peyğəmbərimiz (s.ə.v)-ə və digər peyğəmbərlərə atılan böhtanlardan ən məşhuru da “dəlilik” iddiasıdır. Çünki peyğəmbərə dəli desən, o biriləri də: “dəliyə niyə uyum?” deyər. Ona görə həmişə bu tərzi əsas götürüblər.

quran11