Hicr surəsi 1-12 14-15

Hicr surəsi 1-12, 14-15-ci ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınırıq. Hicr surəsi, Rəhman Rəhim olan Allahın adıyla. Məkkədə endirilən bu surə 99 ayədən ibarətdir. “Əlif, Ləm, Ra. Bunlar Kitabın və açıq-aşkar olan Quranın ayələridir.” Necəymiş Quran? Açıq-aşkardır,  bağlı deyil. “Kafirlər mütləq müsəlman olmağı arzulayacaqlar”. Şiddətlə arzulayacaqlar. Belə könülləri həsrətlərə düşəcək. Axirətdə çox peşman olacaqlar, kaş ki, müsəlman olaydıq deyə. “Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın .  Tezliklə biləcəklər.” Bax, “yeyib-içsinlər, əylənsinlər  və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.” Baxın, diqqət yetirin, həqiqətən bu tiplər yeyər, içər, boş işlərlə məşğul olarlar  axşama qədər. Amma irəlidə biləcəklər deyir Allah.  Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi).  Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər,nə də yubada bilər”. Dörd və beşinci ayələrdə keçir birləşincə nə olar?

 

ALTUĞ BERKER: 45, maşaAllah.

 

ADNAN OKTAR: Bədiüzzaman  nə deyir? “Hicri 1545-ci ilə kimi Qiyamət qopacaq” deyir, inşaAllah. “Kafirlər dedilər : “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da sən dəlisən.” Peyğəmbərlərə həmişə dəli isnadı həmişə verilmişdir. Bədiüzzamana da həmişə dəli dedilər, bilirsiniz. Bədiüzzaman bir… ardı...