hadisələr

Adnan Oktarın 26 mart 2011 A9 Tv, Kocaeli Tv və Aba Tv-dəki  canlı söhbətindən

ADNAN OKTAR: Bismillah, şeytandan Allaha sığınıram. Kəhf surəsi 65, maşaAllah. “Qatımızdan,” Allah, “Mənim əmrimlə” deyir, “özünə rəhmət verdiyimiz və tərəfimizdən özünə elm öyrətdiyimiz qullarımızdan bir qulu tapdılar.” Əbcədi tam 2010 tarixini verir. “Musa ona dedi ki: “Doğru yol (rüşd) olaraq sənə öyrədiləndən mənə də öyrətməyin üçün sənə tabe ola bilərəmmi? Dedi ki: “Həqiqətən sən, mənimlə birlikdə olma səbrini göstərməyə güc çatdıra bilməzsən.”” “Mən qəribə bir insanam” deyir, inşaAllah. “Etdiyim işlər səni təəccübləndirər. Qəribə qarşılayarsan, dözə bilməzsən. Haqq olduğu halda dərinliyini anlaya bilmədiyin üçün müxalif çıxacaqsan” deyir, qısacası. Yəni bunu izah etmək istəyir. “Dedi ki: “Həqiqətən sən, mənimlə birlikdə olma səbrini göstərə bilməzsən. Əsasını qavraya bilmədiyin şeyə necə səbir edə bilərsən?”” İndi mən də bir şey izah etdikdə əsasını qavraya bilmədikləri üçün qardaşlarımız səbir edə bilmirlər. Həmişə bir qisim qardaşlarımız zahiri gözlə baxır. Əsasını qavraya bilmirlər. “İnşaAllah,” bax, ilk söz nədir? “İnşaAllah.” Deyirlər ki, “niyə həmişə inşaAllah istifadə edirsən?” Allah deyir onun üçün. Hz. Musa (ə.s)-ın ilk sözü bax, inşaAllahdır, Allahın icazəsiylədir. “İnşaAllah, məni səbir edən (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm” dedi.” Mürşidə tabelik belə olar, inşaAllah. “Dedi ki: “Əgər mənə uysan, heç bir şey haqqında mənə sual vermə, mən sənə izah edib danışana qədər.” “Mən sənə hikmətini açıqlayacağam” deyir, inşaAllah.

 

Peyğəmbərimiz (s.ə.v) hadisələri Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq bildirir

Peyğəmbərimiz (s.ə.v) hədisdə, Şam tərəflərində Haresta deyilən yerdə hadisələr olacağına işarə edir. Necə ki, mübarək əfəndimiz (s.ə.v) bildirdiyi kimi 26 yanvar 2012-ci il tarixdə Haresta bölgəsində şiddətli münaqişələr reallaşdı.

Xalid İbn Madan deyir:

“Şam diyarının mərkəzində Haresta adlandırılan kənd həlak edilməyənə kimi hz. Mehdi (ə.s) zühur etməz.” (Meriy İbn Yusuf İbn Əbi bəkir İbn Əhməd İbn Yusuf el-Makdisi “Feraidu Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

26ocak2012-zaman

 

Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)- in axır zamanda reallaşacağını xəbər verdiyi bütün hadisələr  hicri haber7%20haresta1400-cü il, yəni miladi 1979-cu ildən bu yana bir-birinin ardınca reallaşmaqdadır.

Bu hadisələrdən biri də hz. Mehdi (ə.s)- ın çıxış əlamətlərindən olan, Haresta kəndinin həlak edilməsidir.

Peyğəmbərimiz (s.ə.v) hədisi şəriflərində, Şam tərəflərində Haresta deyilən yerdə böyük hadisələr olacağına işarə etmişdir:

“Şam diyarının mərkəzində, Haresta deyə adlandırılan kənd həlak edilənə qədər, hz. Mehdi (ə.s) zühur etməz.” (Meriy İbn Yusuf İbn Əbu Bəkir İbn Əhməd İbn Yusuf el-Makdisi “Feraidu Fevaidi’l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar”)

haresta%20zaman%2026%20ocak“Şam yaxınlığındakı Haresta kəndi torpağın altına girəcək… Belə olunda Mehdinin zühurunu gözləyin.” (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Gaybeti numanı səh .359)

Böyük Əhli Sünnə alimi Suyuti həzrətləri də, hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən birinin “Şamın Haresta kəndinin batması” olduğunu ifadə edərək, bir əsərində Peyğəmbərimiz (s.ə.v)- in bu hədisinə yer vermişdir:

“Şam kəndlərindən biri olan Harestanın batması. Bir çox insanı yox edən bir batma olması… (Ali Bin Hüsamettin El Muttaki, Celaleddin Suyutinin təsnifinden hədislər – Axır zaman Mehdisinin əlamətləri, səh. 44)

Necə ki mübarək əfəndimiz hz. Məhəmməd (s.ə.v)- in bildirdiyi kimi, Suriyanın Haresta bölgəsində, 2011-ci ilin aprel ayından bu günə kimi şiddətli münaqişə gedir.

Harestadakı etiraz hərəkətləri 2011-ci ilin aprel ayında başladı. Bu nümayişlərdən… ardı...