hər cür

Adnan Oktarın 28 dekabr 2009-ci il tarixli Kral Karadeniz, Adıyaman Asu və Ekin TV müsahibəsindən

Adnan Oktar: 103-cü ayə, 2003-cü ilə baxdığını qəbul edirik eyni zamanda. Sonra elçilərimizi və möminləri xilas edərik …” deyir Allah. Yəni böhtanlardan, təhqirlərdən, təzyiqlərdən, şiddətdən xilas edərik. “Möminləri xilas etmək”, bax, Möminləri xilas etmək Bizə vacibdir”. Cənab-ı Allah deyir; söz verirəm deyir, möminləri mütləq xilas edəcəyəm deyir. İkinci bir yol yoxdur. Allah Mən söz verdim deyir. Möminsinizsə mütləq xilas edəcəyəm deyir Allah, amma səbir etməlisiniz deyir Allah. Yəni hadisələrlə qarşılaşacaqsınız, amma səbir edəcəksiniz deyir.

De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”. Peyğəmbərimiz (s.ə.v) açıq şəkildə müşriklərə bunu deyir. “Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma”. Yəni tək bir Allaha inan və əsla müşriklərdən olma. Yəni üçləməyə, təslisə, və ya başqa azğın inanclara yönəlmə deyir Allah. 107-ci ayədə “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz”. Yəni hər cür çətinlik, ağrı-acı, bəla Allahdan gəlir. Bu Mənə məxsus bir şeydir deyir Allah. Yəni sən başqa cür düşünmə deyir. … ardı...

 

QURAN ALLAH QATINDAN HAQQ OLARAQ ENDİRİLMİŞDİR:

 

“Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər.” (Bəqərə surəsi, 176)

 

“O, sənə Kitabı haqq və özündən əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi…” (Ali İmran surəsi, 3)

 

“Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Allah Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir. ” (Nisa surəsi, 174-175)

 

“Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna.” (Ənam surəsi, 155)

 

“Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.” (Əraf surəsi, 3)

 

“Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu buna inanmır.” (Rəd surəsi, 1)

“Heç şübhəsiz, zikri (Quranı) Biz endirdik Biz; onun qoruyucuları da həqiqətən Bizik.” (Hicr surəsi, 9)

 

“Biz Quranı haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən bir elçi kimi göndərdik.” (İsra surəsi, 105)

 … ardı...