həqiqət
İman Həqiqətləri İmanı Dərinləşdirər
Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura Surəsi- 29)
İman həqiqətlərini yalnız Allaha inancı olmayan kəslərin deyil, eyni zamanda iman edən insanların öyrənməsi və dərindən düşünməsi son dərəcə əhəmiyyətlidir. Allah Quranda möminlərə, kainatda yaratdığı dəlillər üzərində dərin-dərin düşünmələrini əmr edərək iman həqiqətlərinin əhəmiyyətini vurğulamışdır.
İman etmiş bir mömin namaz qılmaq, oruc tutmaq və digər ibadətləri yerinə yetirməklə bərabər dərin bir təfəkkürə də sahib olmalıdır. Quranda diqqət edilən “göylərdəki və yerdəki” yaradılış dəlilləri üzərində dərin təfəkkür etmək, möminin imanının artmasına, qəti bir məlumatla iman etməsinə vəsilə olar. Bir Quran ayəsində Allahın yer üzündəki dəlillərinin qəti əlamətlərlə iman etməyə yönəltdiyi belə bildirilir:
Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz? (Zəriyət Surəsi, 20-21)
Ayədə açıq bir şəkildə ifadə edilmişdir ki, insanın öz nəfsindəki və yer üzündəki iman həqiqətləri insanlara dəqiq bir əlamətlərlə inanmağa vəsilə olacaq. Dəqiq məlumata söykənən bir iman da insanda Allah qorxusunun artmasına, bu səbəbdən Allahın əmr və qadağalarını daha şüurlu və diqqətli yerinə yetirməsini təmin edəcək.
Yaradılış dəlilləri üzərində dərin təfəkkürə sahib olan insanlar, ibadətlərini huşu içərisində yerinə yetirərkən, etdiklərinin artıq… ardı...