Həcc surəsi 60-61 63-64 56-58 65-72 78

Həcc surəsindəki 60-61, 63-64, 56-58, 65-72 və 78-ci ayələrin təfsiri

Adnan Oktar: Bismillah. Bəli, Həcc surəsini açanda “şeytandan Allaha sığınıram” deyilir. Bunu bizə Allah buyurur. Hər kəs özünə edilən haqsızlığın bənzəri ilə cavab verər, yəni, bir haqsızlığa qarşılıq onun bənzəri. Daha sonra əleyhinə yenidən azğınlıq və hücum olsa, qisas olaraq həmin hərəkətin eynisini edər, lakin bu səfər həmin adam qarşılıq versə, Allah, mütləq ona kömək edər. Şübhəsiz ki, Allah rəhm edəndir, bağışlayandır.

Bu möcüzədir. Bax, deyir ki, Allah mütləq ona kömək edər, inşaAllah. Çünki, Allah gecəni-gündüzə, gündüzü-gecəyə bağlayıb qatar. Şübhəsiz, Allah eşidəndir, görəndir. Məsələn, indi qaranlıq çöküb, gecədir, bir müddət sonra bütün dünya işıqlanacaq, sabah olacaq. Bu hər zaman təkrarlanır. Təbiidir, insanlar buna alışdıqları üçün çox normal qarşılayırlar. Əslində, böyük aləmin qaranlığa bürünməsi çox böyük bir möcüzədir. İşıqlandırılması da çox böyük bir möcüzədir və bu hadisə insanın beyninin içində meydana gəlir.

Çünki, çöldə qaranlıq və aydınlıq deyə bir şey yoxdur. Çöldə yalnız qaranlıq vardır. İşıq bizim beynimizin içərisində yaradılır. Allah işığı beynimizin içində meydana gətirir və bütün kainatı insanlar öz beyinlərinin içərisində bir gündüz və bir gecə olaraq görürlər. Əslində davamlı qaranlıqdır. Çünki, işıq qəbul formasıdır. Yəni, beynin şərhidir. “Beləcə; çünki, Allah haqqın Özüdür. Onun xaricində onların… ardı...