gözəllik
Adnan Oktarın 3 aprel 2011 A9 Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Məryəm surəsi, 39 “İş(in) hökmə bağlanıb bitəcəyi, həsrət gününə qarşı onları xəbərdar et.” Allah deyir ki: “Sağalmaz həsrətə qapılacaqlar.” Səmimi olmadıqları üçün, dürüst olmadıqları üçün, din haqq olduğu halda, hər şeyin doğru olduğunu bildikləri halda, anlamazdan gəldikləri üçün, “sağalmaz həsrətə qapılacaqlar” deyir Allah. “Onlar qəflət içindədirlər və onlar inanmırlar.” 40-cı ayə. “Əlbəttə”deyir Allah, qətilik ifadəsi “yer üzünə” yəni bütün dünyaya, Şimal Qütbü, Cənub Qütbü, hər yer daxil, “və üzərindəkilərə” bütün sistemlərə “əlbəttə Biz varis olacağıq və onlar Bizə qayıdacaqlar.”
Dünya hakimi olacaqsınız, deyir Allah. Əbcədi 1992-ci ili verir. “Kitabda İbrahimi də zikr et.” Allah hz. İbrahim (ə.s)-ı xatırladır. “Həqiqətən o, doğrunu söyləyən bir Peyğəmbər idi.” Daim dürüst idi, Peyğəmbərlər heç yalan danışmazlar. İnsanların çoxu yalan danışar, amma Peyğəmbərlər yalan danışmazlar. Yalan danışmamaq çox böyük bir nemətdir. Bir insanla danışarkən, yalan danışacağından təxmini əmin olaraq insanlar danışır, böyük bir hissəsi elədir, bu, çox acı bir şeydir. Doğru əlaqə qurmaq mümkün deyil. Nə düşünürsən deyirsən, heç, evdəki cəfəriləri düşünürəm deyir, məsələn, tam fərqli bir şeydir, heç əlaqəsiz. Nə edirsən, deyirsən. Nəfəs almadan, doğru olmayan bir sistemlə insanlar qarşılaşırlar.
Doğruluğun gözəlliyini hz. İbrahim (ə.s)-da Allah xatırladır. “Necə… ardı...
Adnan Oktarın 3 fevral 2011 Samsun Aks Tv-dəki söhbətindən
Bismilləhirrəhmənirrəhim, Rəhman və Rəhim alan Allahın adıyla; “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.”
Hamımız tək bir nəfsdən yaradıldıq, Allahın ruhunu daşıyırıq. Mövcud olan bir vəziyyəti söyləyir Allah. İnsanlar bir kişi və bir qadından, Həvva anamızdan və hz. Adəm (ə.s)-dan çoxaldı. “Rəbbinizdən qorxub çəkinin.” Allahdan qorxmaq hər cür gözəlliyin, keyfiyyətin başıdır. Allahdan qorxan çox fövqəladə olar, gözəl olar. Həyatı da çox keyfiyyətli olar. Rəftarları çox mükəmməl olar. İlk öncə vicdanı çox gözəl olar. Ayıq olduğu müddət içərisində həmişə çox gözəl rəftarlar göstərər, Allah qorxusuna əsaslanaraq. “Bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq kəsməkdən çəkinin.” “Ananıza, atanıza, qohumlarınıza, böyüklərinizə qarşı sevgi dolu olun” deyir. Allahdan çəkinin; Allahın halallarına, haramlarına diqqət yetirin. Və yaxınlarınızı sevin. Qurana, dinə, İslama söz etmirlərsə, onlara qarşı qoruyucu, şəfqət dolu olun. Çünki ana-ata sevgisi çox zövqlü, gözəldir. Nənələr, babalar çox sevimli olarlar, onlar evin bəzəyidir. Xüsusilə, nənələr, babalar, deyilmi? Hər evə lazımdır. Mənim babam çox şahanə idi, nənəm çox şahanə idi.… ardı...
Adnan Oktarın 22 may 2011 A9 Tv və Tv Kayseridəki canlı söhbətindən
ADNAN OKTAR: Kasıblıq Allaha yaxınlaşdırar, şikəstlik Allaha yaxınlaşdırar, xəstəlik Allaha yaxınlaşdırar, əzablar Allaha yaxınlaşdırar. Sağlamlıq, səhhət, gözəllik, zənginlik insanı dünyaya bağlayar, Allahı unutdurur. Bir çox insanda belədir. Allah, “əgər belə olmasaydı, müdhiş bir zənginlik, müdhiş bir güc verərdim” deyir. Baxın, ayədə; şeytandan Allaha sığınıram.
“Əgər insanlar (Allaha qarşı üsyanda birləşib) tək bir ümmət olmasaydı, Rəhmanı (Allahı) inkar edənlərin evlərinə gümüşdən tavanlar və üstünə çıxacaqları nərdivanlar edərdik. Evlərinə qapılar və üzərində oturacaqları kürsülər və (daha nə qədər) cazibədar-bəzəklər (də verərdik). Bütün bunlar, yalnız dünya həyatının bəzəyidir. Axirət isə, Rəbbinin qatında müttəqilər üçündür. Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlirsə, Biz şeytana onun “üzərini qabıqla bağlatdırarıq”; artıq bu, onun yaxın dostudur.”
Bu lağ, Axırzamanda reallaşdı. Allah, dəccalı vəsilə etdi. Dəccal insanlara qabıq kimi bağlandı. Allahın zikrini buraxdıqları üçün, darvinist, materialist olduqları üçün. Baxın, deyir ki, Allah, şeytandan Allaha sığınıram. “Biz şeytana onun “üzərini qabıqla bağlatdırarıq.” Yəni şeytan bədənin üzərinə elektromaqnit sahə şəklində çökür. Beynini, başını əhatə edir, şeytan bədəninin üzərinə çökür. Şeytan unutqanlıq, zehin bulanıqlığı, fikrini toplama çətinliyi, dünyaya meyil, Allahı, dini anınca sıxıntı, Quranı dinləməyə dözümsüzlük kimi təsir meydana gətirir. Boş sözə meyil yaradır. Məsələn, boş danışır,… ardı...
Özlərini mənəvi cəhətdən ölü hiss edənlər belə, həyat arzusu ilə yaşayacaqlar
Əbu Səid Peyğəmbər (s.ə.v)-in belə buyurduğunu rəvayət edir: “…Daha sonra Allah Təala Əhli-beytimdən birini (hz. Mehdi (ə.s)-ı) zülmlə dolan yer üzünü ədalətlə doldurması üçün göndərəcək. Səmanın və yer üzünün sakinləri ondan (hz. Mehdidən) razı qalacaqlar. Yer üzü bütün bitkilərini onlar üçün yaşıllaşdıracaq və səma davamlı onlara yağış yağdıracaq… Allah Təalanın yer üzünə endirdiyi bu qədər xeyir səbəbiylə, ölülər yenidən yaşamağı arzulayacaqdırlar. (El-Beyan, səh. 72, Es-Sevaik-ul Muhrika, səh. 161, Yenabi-ul Mevedde, cild.2, səh. 177)
Peyğəmbərimiz (s.ə.v)-dən köçürülən hədislərdə və rəvayətlərdə hz. Mehdinin zühurundan sonrakı dövrdə insanların maddi-mənəvi hər baxımdan çox üstün bir rifah səviyyəsinə çatacaqları, görülməmiş bir dinclik və xoşbəxtlik içində yaşayacaqları xəbər verilmişdir. Elə ki, bu mühitin və həyat şəklinin gözəlliyindən ötəri mənəvi cəhətdən özlərini ölü hiss edənlər “mən onsuz da ölüyəm” deyən, ya da xalq arasında, “bu adam onsuz da çoxdan ölmüşdür” kimi xarakterizə edilən insanlar belə yenidən həyat arzusu ilə dolacaqlardır. Bu səbəbdən də hədisdə hz. Mehdi dövründə meydana gələcək bənzəri görülməmiş dərəcədəki gözəl həyat vəsiləsiylə bu kimi insanların da canlanacaqlarına; din cəhətdən qüvvət tapacaqlarına işarə edilmişdir.
Hz. Mehdi (ə.s)-ın saçlarının gözəlliyi diqqəti cəlb edəcək
Əhli-sünnənin məşhur alimlərindən biri Əhməd ibn Sinan Kirmani Dəməşqi 1019-cu ildə, “Əhbar-ud Duvəl” adlı kitabda belə yazır: “…O (HZ. MEHDİ (Ə.S)), ORTA BOYLU, GÖZƏL ÜZLÜ, GÖZƏL SAÇLIDIR…” (Ahbar-ud Duvel, s. 117 -Hicri 1382 nəşri)
Əbdülməlik İsamı 1111-ci ildə, Məkkədə məskunlaşan tanınmış tarixçilərdəndir. O, “Simt-ul Nucum-il Avali” kimi tanınan dörd cildlik tarix kitabında belə yazır: “… O (HZ. MEHDİ (Ə.S)) MÜLAYİM, GÖZƏL ÜZLÜ, GÖZƏL SAÇLI, İNCƏ BURUNLU VƏ İRİ SİMALI BİR GƏNCDİR.”
(Sımt-ul Nucum-il Avali, c. 4, s. 138)
(Hz. Mehdi Aleyhisselam, Abdullah Turan, Al-i Taha, s. 157)
Hədisdə hz. Mehdi (ə.s)-ın “gözəl üzlü və gözəl saçlı” olacağı bildirilmişdir.Həmçinin, “iri simalı” ifadəsiylə də, digər hədislərdə “geniş alınlı” olduğu bildirilən hz. Mehdi (ə.s)-ın başının da, Peyğəmbərimiz (s.ə.v)-in mübarək başı kimi böyük olacağı aydın olur.
