götürmək

spiderman
Bu günlərdə hər yaşda insanın maraqla izlədiyi yeni bir film daha viziondadır: “Hörümçək adam-2”.

Amerika Birləşmiş Ştat-larında 2 il bundan əvvəl yayınlanmağa başladıqda bütün zamanların ən yüksək “ilk 3 gün” hasilatı rekordunu vuran filmin ikincisi də yeni rekordlara imza atmağa namizəd görünür. Film Şimali Amerikada əldə etdiyi kassa hasilatıyla ‘ilk gün’ rekordunu vurdu və viziona girdiyi ilk gün, kassalara 40.5 milyon dollarlıq hasilat buraxdı.

Filmin mövzusu qısaca belədir:

Mülayim xasiyyətli Peter Parker (Tobey Maguire) bir tərəfdən güclərinin ona təmin etdiyi üstünlükləri insanların faydalanması üçün istifadə edib bir tərəfdən buna görə qarşılaşdığı çətinliklərlə mübarizə apararaq, bir tərəfdən də Hörümçək adam ilə tələbə şəxsiyyəti arasındakı tarazlığı qorumaq məcburiyyətindədir. Peter bu dəfə güclü, çox qollu pis ürəkli Dr. Octopus (Ahtapot) yəni qısaca “Doc Yan” (Alfred Molina) ilə qarşı-qarşıyadır. Peterin bu səkkiz qollu dəli adamı dayandırmaq üçün bütün super qəhrəman gücünü toplaması lazımdır.

Budur, Hörümçək adam-2 filmi bu həyəcanlı hekayəni mükəmməl vizual effektlərlə birləşdirərək tamaşaçılara vizual ziyafət verir.

“Spider-Man / Hörümçək-adam” klassikləşmiş Marvel Comic cizgi roman obrazına söykənir. Marvelin meneceri Stan Lee ilə şirkətin xarakter dizayneri Steve Ditkonun qurduqları obraz, Hörümçək adam ilk olaraq 1962-ci ildə çox da müvəffəqiyyətli olmayan cizgi roman “Amazing Fantasy”nin (inanılmaz Fantaziya) son buraxlışında göründü. Obraz elə sürətli bir şəkildə… ardı...