görmək

MEHDİNİN ÜÇ VƏZİFƏSİ

(Əmirdağ Lahikasi 1, səh. 231-233)

 

USTAD BƏDİÜZZAMAN SƏİD NURSİ HƏZRƏTLƏRİ ƏMİRDAĞ LAHİKASINI 1949-CU İLDƏ QƏLƏMƏ ALMIŞDIR. BU ƏSƏRİNDƏ USTAD HZ. MEHDİ (Ə.S)-IN XÜSUSİLƏ DARVİNİZM, MATERİALİZM VƏ ATEİZM FƏLSƏFƏLƏRİNİ TAM SUSDURARAQ İNSANLARIN İMANINI QURTARMAĞA VƏSİLƏ OLACAQ ŞƏKİLDƏ ÇOX TƏSİRLİ İŞLƏR EDƏCƏYİNİ İFADƏ ETMİŞDİR. USTAD ÖZÜNÜN YAŞADIĞI DÖVR DAXİL OLMAQLA, HƏR DÖVRDƏ BİR NÖV MEHDİ XÜSUSİYYƏTİNƏ SAHİB İNSANLAR GƏLDİYİNİ ANCAQ HEÇ BİRİNİN BU ÜÇ VƏZİFƏNİ BİR YERDƏ ETMƏ QÜDRƏTİNƏ SAHİB OLA BİLMƏDİKLƏRİNİ İFADƏ ETMİŞDİR.       

 

Mehdinin üç vəzifəsi

Nurun əhəmiyyətli və çox xeyirli bir şagirdi (tələbəsi) məndən soruşdu ki: “Nurun xalis və əhəmiyyətli bir qisim şagirdləri, çox təkidlə olaraq axırzamanda gələn Əhli-beytin böyük bir mürşidi olaraq səni zənn edirlər və o qədər çəkindiyin halda onlar təkid edirlər. Sən də bu qədər təkidlə onların fikirlərini qəbul etmirsən, çəkinirsən. Əlbəttə, onların əlində bir həqiqət və qəti bir hüccət (dəlil) var və sən də bir hikmət və həqiqətə görə onlara razılıq (icazə) etmirsən. Bu isə bir təzaddır (ziddiyyət), hər halda həllini istəyirik.”  Mən də bu şəxsin təmsil etdiyi çox məsələlərə cavab olaraq deyərəm ki: O xas nurçuların əllərində bir həqiqət var. Lakin, iki cəhətdə bir təbir və şərh lazımdır.

 

Birincisi:… ardı...

 

 
Qaimimiz (Hz. Mehdi (ə.s)) zühur etdiyi zaman Uca Allah Qaimimizlə dostlarımız arasında dörd fərsəxlik (uzaqlıq, məsafə) yol olsa belə, olduqları yerdən onlarla danışa biləcəkləri, onu eşidə biləcəkləri, onu görə biləcəkləri bir şəkildə qulaqlarına və gözlərinə səbəb verəcək. (Mucem-ul Ehadisi İmam Mehdi 4-cü cild, səh 57 və Bihar 52-ci cild, səh. 336 və Muntehab-ul Envaril Bananıya səh. 352)

 

Həzrəti Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın dövründə insanların çoxu  onun yanında olmasalar belə, hz. Mehdi (ə.s)-ın izah etdiklərini eşidə biləcəklərini və onu görə biləcəklərini ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v) dövründə və özündən sonrakı 1400 illik zaman müddəti içində belə bir texnologiya kəşf olunmamış və  istifadə edilməmişdir. Ancaq tam hz. Mehdi (ə.s)-ın zühur vaxtı olan hicri 1400-cü illərdə kəşf edilən yüksək texnologiya, insanların əllərindəki cib telefonları, istifadə etdikləri kompyuterlər və buna bənzər texnoloji alətlər vasitəsi ilə rahatlıqla əlaqə saxlamağı təmin edir. Məhz bu texnologiya hicri 1400-cü ildə zühur edən hz. Mehdi (ə.s)-ın görünüşü və səsi ilə bütün dünya insanlarının canlı olaraq əlaqə qurmalarına imkan yaradacaq. (Doğrusunu Allah bilir).

0076

 

Əbu Əli əl-Eşari; Həsən İbn Əli əl-Kufi, Abbas İbn əmir, Rəbi İbn Məhəmməd əl-Musli vasitəsilə Əbu Rəbidən rəvayət edər: Əbu Abdullahın (Cəfər Sadiq əleyhissalam) belə buyurduğunu eşitdim: əl-Qaim (hz. Mehdi əleyhissalam) ortaya çıxdığında Allah möminlərin qulaqlarını və gözlərini açar (eşitmə və görmə barəsində möminlərə kömək edər). Beləcə onlarla Qaim (hz. Mehdi əleyhissalam) arasında hər hansı bir xəbərçi olmaz və o, olduğu məkandan (doğrudan) möminlərə səslənər, möminlər də onu eşidər və görərlər. Kuləyni, Kafi, c. 8, səh. 240-241, hədis nömrə: 329.

0036sitelerden