gələcək

ADNAN OKTAR-IN A9 TV-DƏKİ CANLI SÖHBƏTİ

(14 MAY 2011; 12:00)

Zuxruf surəsi, 61; “Şübhəsiz o” hz. İsa Məsih (ə.s) “qiyamət-saatı üçün bir əlamətdir. Elə isə ondan yana heç bir şübhəyə qapılmayın.” Biz də heç bir şübhəyə qapılmırıq. Əbcədi neçədir? 2026. “İsa, açıq sənədlərlə gəlincə, dedi ki: “Mən sizə bir hikmətlə gəldim və haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün də. Elə isə Allahdan çəkinin və mənə itaət edin. ” Gəldikdə də eyni şeyi söyləyəcək, inşaAllah. Nə deyəcək? “Açıq sənədləri” nədir? Qurandır. Quranla gələcəkdir. Deyəcək ki; “Mən sizə bir hikmətlə gəldim”, inşaAllah və “haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün gəldim.” İxtilafa düşüblər öz aralarında; məsələn, məzhəblərə ayrılmışlar, çox səhv düşüncələrə uymuşlar, deyilmi? “Haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün də. Elə isə Allahdan çəkinin və mənə itaət edin. Şübhəsiz Allah, O, mənim də Rəbbim, sizin də Rəbbinizdir; bu halda Ona qulluq edin. Doğru yol budur.” Tövhid inancına çağıracaq onları. “Allah birdir” deyəcək, inşaAllah. “Sonra, içlərindən bəzi təriqətlər ixtilafa düşdü. Artıq ağrılı bir günün əzabından vay o zülm etmiş olanlara.” Qiyamətdən bəhs edir, dərhal arxasından Allah. “Yenə ixtilafa düşəcəklər, yenə azacaqlar” deyir Allah. “Onlar, heç şüurunda deyilkən özlərinə qəfildən gələcək olan qiyamət-saatından başqasını mı gözləyirlər?” Baxın, hz. İsa… ardı...

 

 

Mehdi (ə.s)-dan əvvəl xalqın başına fəlakətlər, fitnələr və bəlalar gələcək

Ey Əbu Həmzə! QAİM ƏLEYHİSSALAM YALNIZ XALQIN BAŞINA ŞİDDƏTLİ QORXU, ZƏLZƏLƏLƏR, FİTNƏLƏR VƏ BƏLALAR GƏLDİYİ DÖVRDƏ ZÜHUR EDƏCƏK və bundan əvvəl taun xəstəliyi yaranacaq, ərəblərin arasında kəskin bir qılınc zühur edəcək və xalqın arasında şiddətli ixtilaflar, dinlərində ayrılmalar və parçalanmalar yaranacaq, buna görə də vəziyyətləri çox dəyişəcək.”  (Şeyx Məhəmməd İbN. İbrahim – i Numani, Qeybəti- Numani s.274)

 

Sonra belə buyurdu: “Qaim zühur etməmişdən əvvəl xalqda ŞİDDƏTLİ QORXU OLACAQ, XALQIN BAŞINA FƏLAKƏT, FİTNƏ VƏ BƏLALAR GƏLƏCƏK.”  (Şeyx Məhəmməd ibn. İbrahim – i Numani, Qeybəti- Numani s.301)

 

“BELƏ Kİ, XALQ DƏRDLƏRİNİN BÖYÜKLÜYÜNÜ VƏ BİR-BİRLƏRİNİ YEDİKLƏRİNİ (bir-birlərini öldürməklərini, savaşmaqlarını) GÖRƏN BİR ÇOXLARI SƏHƏR-AXŞAM ÖLÜM İSTƏYƏCƏKLƏR.”(Şeyx Məhəmməd ibn. İbrahim – i Numani, Qeybəti- Numani s. 274)

 

vesileolduklari15

 

Səid Nursinin HZ. MEHDİ (Ə.S)-IN BİR ŞƏXSİ MƏNƏVİ DEYİL, ŞƏXS OLDUĞU İSTİQAMƏTİNDƏKİ ŞƏRHLƏRİ:

1.

Dördüncü sualınızın tərcüməsi: Axırzamanda həzrəti İsa əleyhissalam dəccalı öldürdükdən sonra insanlar əksəriyyətlə dini-haqqa girərlər. Halbuki, rəvayətlərdə gəlmişdir ki, “Yer üzündə Allah Allah deyənlər olduqca qiyamət qopmaz.” (Müslim, 1: 131; 4:2268; Müsnəd, 3:107, 201, 268; Kenzül-ummal, 14:227, 228.)Belə, ümumiyyətlə, imana gəldikdən sonra necə ümumiyyətlə küfrə gedərlər?

Əl-cavab: Hədisi-səhihdə rəvayət edilən həzrəti İsa əleyhissalamın gələcəyini və şəriəti-İslamiyyə ilə əməl edəcəyini, dəccalı öldürəcəyini” (Buxari, 4205; Müslim, 1: 136; Fethü’-Kəbir, 2:335.2) imanı zəif olanlar şübhə edirlər. Onun həqiqəti izah edilsə, heç şübhə yeri qalmaz. Belə ki: O hədisin və Süfyan və Mehdi haqqındakı hədislərin ifadə etdikləri məna budur ki: Axırzamanda dinsizliyin iki cərəyanı qüvvə tapacaq:

Birincisi: Nifaq pərdəsi altında risaləti-Əhmədiyyə (s.ə.v)-i inkar edəcək Süfyan adında müdhiş bir şəxs, əhli nifaqın başına keçəcək, şəriəti-İslamiyənin pozuntusuna çalışacaq. ONA QARŞI ALİ BEYTİ NƏBƏVİDİR SİLSİLƏ NURANİSİNƏ BAĞLANAN, ƏHLİ-VƏLAYƏT VƏ ƏHLİ-KAMALIN BAŞINA KEÇƏCƏK ALİ-BEYTDƏN MƏHƏMMƏD MEHDİ (I İFADƏ) ADINDA BİR ŞƏXSİ NURANİ (II TƏKRAR), o Süfyanın şəxsi-mənəvisi olan cərəyanı-münafiqanəni (münafiqlik axınını ) öldürüb paylayacaq.

İkinci cərəyan isə: Tabiiyyun, maddiyyun fəlsəfəsindən təvəllüd edən bir cərəyani-nəmrudanə, getdikcə Axırzamanda fəlsəfəi-maddidir vasitəsiylə intişar edərək qüvvə… ardı...

 

Peyğəmbərimiz (s.ə.v.) axır zamanda bir-birinin ardınca zalım diktatorların gələcəyini xəbər vermişdir

Mao, Stalin, Hitler, Lenin, Musollini, Səddam, Hafiz Əsəd kimi şəxslər və hələ də Asiya və Cənubi Amerikanın bir çox ölkəsindəki zorakı rejimlər bu hədislərin reallaşdığını göstərir.

 

4420 – Müaviyə ibn Əbu Süfyan, Rəsulullahın belə buyurduğunu rəvayət edir: “Özlərinə cavab verilməkdən qorxan əmirlər (hökumət başçıları) gələcəkdir.  Məhz o əmirlər bir-birlərinin ardınca atəşə atılacaqlar.” (İbn Hacer Askalani, Metalibi Aliye)

19

4417 – Əbu Hüreyrə Rəsulullahın belə buyurduğunu rəvayət edir: “Məndən sonra elə liderlər gələcək ki, onlara itaət etsəniz sizi dindən çıxararlar, onlara asi olsaz sizi öldürərlər, məhz onlar küfrün imamları və dəlalətin başçılarıdır.” (İbn Hacer Askalani, Metalibi Aliye)