Furqan surəsi 12-15

Furqan surəsi, 12-15-ci ayələrin təfsiri

ADNAN OKTAR: Ya Allah Bismillah. Şeytandan Allaha sığınıram, Allah Furqan surəsi, 12-ci ayədə buyurur: “Onlar (Cəhənnəm) odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyar və uğultusunu eşidəcəklər”. Yəni böyük bir alov səsini, darıxdırıcı, sıxıcı cəhənnəm uğultusunu eşidərlər. 13-cü ayə: “Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər”. İnsanlar sıxılmış yerlərdən böhrana düşərlər. Allah, xüsusilə, sıxılmış dar yerlərə atır. Məsələn, cənnət ucsuz-bucaqsızdır, çox genişdir. Amma cəhənnəm sıx, dardır. Rahatlıq gözəldir. Ölkənin, küçələrin rahat və geniş olması gözəldir. İnsanın təzyiqdən xoşu gəlməz, rahatlığı sevər. Cəhənnəmdəkilər tamamilə yox olmaq istəyirlər. Halbuki, bir şeyin yox olması mümkün deyil. Allahın yox olması necə mümkün deyilsə, bir şeyin də yox olması  mümkün deyil. 14-15-ci ayələrdə Allah Təala buyurur: “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin! Onlara de: “Bu (cəhənnəm odu) yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq vəd edilən əbədi cənnət?”. Yəni Allah sizə əzab vermək istəmədiyini, sizin yaxşı olmağınızı istədiyini deyir. Allah: “Şükür etsəniz, mənim nemətlərimi haqqı ilə təqdir etsəniz sizlərə iki dünyada da yaxşılıq verəcəyəm” deyir. Allah əks halda, nankorluq edib, nemətlərimi haqqı ilə təqdir etməsəniz əzab verəcəyini bildirir.

 images (5)