fosil

240 Milyon illik çiçək tozu fosili tapıldı

İsveçrənin şimalında Zürih Universiteti Paleontologiya İnstitutu və Muzeyi tədqiqatçılarının təşkil etdiyi Weiach və Leuggern qazıntı işlərində çiçəkli bitkilərə aid fosilləşmiş çiçək tozu dənəcikləri ortaya çıxarıldı. 240 milyon illik çiçək tozu dənəcikləri, çiçəkli bitkilərin milyonlarla il əvvəl də qüsursuz xüsusiyyətləri ilə birlikdə var olduğunu sübut edir.

Zürih Universitetindən Prof. Peter Hochuli bu mövzunu, “… Triasik dövrə aid çiçəkli bitki tozcuqlarının tapılmış olması çox əhəmiyyətlidir,” deyə açıqladı.

Konfokal Lazer göz mikroskopu ilə edilən tədqiqatlarda altı fərqli tozcuq növünün üçölçülü və yüksək keyfiyyətli görünüşləri yaradıldı. Tozcuqların quruluşu bu çiçəkli bitkiləri böcəklərin tozlandırdığını göstərir.

14262860813415423333_1000x669Təkamülçülər canlıların sadə bir quruluşdan kompleks bir quruluşa doğru təkamül keçirdiklərini iddia edirlər. Halbuki, milyonlarla il əvvəl yaşamış bitkilərdə də qüsursuz və sadələşdirməz kompleks sistemlər var idi. Bu sistemlər canlıların təsadüfən deyil, üstün bir ağıl ilə yaradıldıqlarını sübut edir. 240 milyon illik çiçək tozu fosili də bitkilərdəki qüsursuz yaradılışın ən əhəmiyyətli nümunələrindən biridir. Allah çiçəkli bitkilərdə tozlandırma yolu ilə artma kimi son dərəcə kompleks bir sistem yaratmışdır. Belə bir sistemin kor təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək elmə ziddir. Bitkilərin erkək orqanında çıxarılan tozcuqları dişi orqanın təpəcik hissəsinə daşınması hadisəsinə tozlanma deyilir. Təpəciyə yapışan tozcuqları dişicik borusundan yumurtalığa enməsiylə isə döllənmə meydana gəlir.… ardı...