ev

 

İnsanlar hz. Mehdi (ə.s)-ın “hz. Mehdi (ə.s)” olduğunu bilməyəcəklər

Sidr Seyrəfi, İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalamdan belə eşitdiyini bildirir: “…Haqqı tapdalanan və inkar olunan məzlum imamınız və bu (qeybin) sahibi (hz. Mehdi (ə.s)), onların arasında gəzib-dolanar, bazarlarda gəzər, onların keçdiyi ​​yerlərdən keçər, amma onlar onu (hz. Mehdi (ə.s)-ı) tanımazlar. Sonda Allah, hz. Yusifə izn verdiyi kimi onu da (hz.Mehdi (ə.s)-ın da) tanıtmaq üçün izin verəndən sonra tanıyacaqlar.

Əmr ibn Sad, əmirəlmöminin Əli ibn Əbu Talib əleyhissalamdan belə nəql edir: “…Əlinin rəbbinə and olsun ki, hüccət (hz. Mehdi (ə.s)) ayaqda olacaq, dünyanın yollarında yeriyəcək, evlərə və saraylara girəcək, bu yerin şərqində və qərbində gəzəcək, sözləri eşidiləcək, camaata salam verəcək, görəcək amma vəd edilən vaxta kimi və göydən bu səs gələnə qədər (hz.Mehdi olduğu) bilinməyəcək”.2

Peyğəmbərimiz (s.ə.v), zühurundan əvvəlki dövrdə hz. Mehdi (ə.s)-ın insanlar arasında tezliklə görünəcəyini, insanların onu evlərində oturarkən, küçələrdə gəzərkən görəcəklərini, televiziyalardan, internetdən səsini eşidib, onu görəcəklərini, adını eşidəcəklərini, ancaq buna baxmayaraq onun hz. Mehdi (ə.s) olduğunu bilməyəcəklərini bildirmişdir. Eyni zamanda hz. Mehdi (ə.s)-ın insanlar arasında, marketlərdə, bazarlarda da gəzib-dolaşacağını, ancaq onun hz. Mehdi (ə.s) olduğunu gözləmədikləri üçün, insanların hər hansı biri olduğunu zənn edib tanıya bilməyəcəkləri ifadə edilmişdir. Hədislərdə verilən bu məlumatlar, hz. Mehdi (ə.s)-ın insanlar arasında tanınan, bilinən, olduqca göz qabağında olan, adı və şöhrəti hər kəsə bəlli olan ancaq, “hz. Mehdi (ə.s) sifəti ilə tanınmayan” biri olacağını    bildirir.

 

1. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 189)

2.  (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 167)

R0196(1)

 

Hz. Mehdi (ə.s) evdə doğulacaq

İmam Zeynal Abidin əleyhissalam belə buyurmuşdur: “Bizim Qaimimiz (Mehdi) ilə Allahın Rəsulları arasında bir çox bənzərliklər vardır. Nuh, İbrahim, Musa, İsa, Eyyub və Məhəmməd sallallahu əleyhi və alih peyğəmbərlərin hər biri ilə bir oxşarlığı vardır. Nuh ilə uzunömürlü olmağında, İBRAHİM İLƏ, DOĞUMUNUN GİZLİ OLMAĞINDA (DOĞUMUNUN EVDƏ OLMAĞINDA) və xalqdan uzaq durmağında,Musa ilə, qorxu halı (Mehdinin də bir çox təhlükələrlə, məsələn, öldürmə, tələ qurma, həbs olunma, nəzarət altına alınma, sürgün kimi hər cür təhlükəli hadisələrlə üz-üzə qalmağında) və qeybdə (gizli) yaşamağında (daim gizlənərək yaşamağında), İsa ilə xalqın onun barəsində ixtilafa düşməyində  (bir qisim insanların “Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək” deməyində), Əyyub ilə, bəladan sonra xilas olmağında (hz. Mehdinin də başına bir çox çətinliklərin, xəstəlik və dərdlərin  gəlməsi, ancaq eynilə hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmağında), Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməyində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və köynəyi, Mehdinin yanında olmağında), BƏNZƏRLİYİ VARDIR.”  (Kemal’ud-Din s. 322, 31-ci babin 3-cü hədis)  

 

Hz. Əli ibn Hüseyn Zeynəl Abidin (ə.s) belə buyurur: “QAİMİMİZİN (HZ. MEHDİ (Ə.S)-IN) DOĞUMU İNSANLARA GİZLİ QALACAQ…” (Bihar-ül Envar, c. 51, s. 135)        

R0285

 

Hz. Mehdi (ə.s)-ın olduğu evdə, Allahın adı çox xatırlanacaq

Mufazzaldan: İmam Cəfəri Sadiq əleyhissalamdan eşitdim ki, belə buyurdu: “Bu əmirin SAHİBİNİN BİR EVİ VARDIR Kİ, O EVƏ ” HƏMD EVİ “ deyərlər.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 216)

 

 

Hz. Mehdi (ə.s)-ın evi Allaha çox həmd edilən, ibadət edilən, Allahın razılığının güdüldüyü və Quran əxlaqının ciddi yaşandığı bir yerdir.

R0372

 

Hz. Mehdi (ə.s) insanlara öz evindən təbliğ edəcək

Hər kəs onun (hz. Mehdi (ə.s)ın) ətrafında sevdiyi uşaqlarına qəlbdən sevgi ilə bağlı atanın məclisində ya da qarşısında mərhəmətli bir kralın hüzurundaymış kimi oturacaq, sevinc verən ayələri və müjdələri sonsuz xoşbəxtlik yurdunda göstərəcək.

(Seyyid Murtaza Müçtehidi Sistani, Nashr Almas Yayınları, s.257 )

 459532tjmzb7gyf1qi0

 

 

Hədisdə hz. Mehdi (ə.s)-ın insanlara qarşı sevgi və şəfqətinə diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s.) hər kəsə sevgi və mərhəmətlə yanaşacaq, onun yanında bütün insanlar hüzur və sakitlik tapacaqlar. Həmçinin, hədisdə hz. Mehdi (ə.s)-ın müjdəçi olmasına da toxunulur. Hz. Mehdi (ə.s) gəldiyi dövrdə xalqı, içində olduqları çətin vəziyyətdən Quranın nuru ilə çıxaracaq, çətinliyə düşmüş olan insanları müjdələri ilə sevindirəcək.