eşitmək

Dünyanın ən güclü eşidən canlısı:

PƏTƏK GÜVƏSİ

www.Kurandayaratilis.com

Eşitmək Allahın nemət olaraq yaratdığı çox əhəmiyyətli bir duyğudur. Hər canlı Allahın yaratdığı xüsusiyyətləriylə eşitməyi fərqli tezliklərdə reallaşdırır. Məsələn, pətək güvəsi dünyanın ən güclü eşidən canlısıdır.

Tədqiqatçılar pətək güvəsinin 300 kHz yüksəkliyində səs tezliklərini hiss edə bildiyini kəşf etdilər. Bu, dünya üzərində canlılar arasında bilinən ən yüksək tezlik həssaslığıdır.

İnsanlar ən çox 20 kHz tezlikdəki səsləri eşidirlər, yaş artdıqca bu 12-15 kHz dəyərinə qədər düşür. Ultrasəs dalğaları duyan delfinlər belə təxminən 160 kHz tezlikdəki səsləri qəbul edə bilirlər.

244062_15Strathclyde Universiteti (İngiltərə) Ultrasəs Mühəndislik Mərkəzi tərəfindən təşkil edilən tədqiqatda güvənin fövqəladə qavrayış qabiliyyətləri təyin olundu. Tədqiqatı idarə edən Dr. James Windmill bu məlumatı, “Güvənin bu səviyyədə səs tezliklərini eşitmə qabiliyyətinə sahib olması bizi heyrətə saldı. Bu tapıntılar ilə hava əlaqəli ultrasəsi daha yaxşı anlamağı ümid edirik “deyə açıqladı.

Havada ultrasəs istifadəsi son dərəcə çətindir, çünki yüksək tezlikdəki siqnallar havada sürətlə zəifləyirlər. Yarasalar ultrasəsi ünsiyyət üçün istifadə edirlər, artıq güvələrin də səsi çox qabaqcıl texnikalarla istifadə qabiliyyətinə sahib olduqları görüldü. Dr. Windmill və qrupu hava yolu ilə ultrasəs siqnallarını ötürmə və qəbul etmə mövzusunda anlayışlarını inkişaf etdirməyi hədəfləyirlər.

Elm adamlarının müasir texnologiya ilə istifadə etməyi ümid etdikləri hava əlaqəli ultrasəs güvələr yaradıldıqları andan… ardı...

 
Qaimimiz (Hz. Mehdi (ə.s)) zühur etdiyi zaman Uca Allah Qaimimizlə dostlarımız arasında dörd fərsəxlik (uzaqlıq, məsafə) yol olsa belə, olduqları yerdən onlarla danışa biləcəkləri, onu eşidə biləcəkləri, onu görə biləcəkləri bir şəkildə qulaqlarına və gözlərinə səbəb verəcək. (Mucem-ul Ehadisi İmam Mehdi 4-cü cild, səh 57 və Bihar 52-ci cild, səh. 336 və Muntehab-ul Envaril Bananıya səh. 352)

 

Həzrəti Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın dövründə insanların çoxu  onun yanında olmasalar belə, hz. Mehdi (ə.s)-ın izah etdiklərini eşidə biləcəklərini və onu görə biləcəklərini ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v) dövründə və özündən sonrakı 1400 illik zaman müddəti içində belə bir texnologiya kəşf olunmamış və  istifadə edilməmişdir. Ancaq tam hz. Mehdi (ə.s)-ın zühur vaxtı olan hicri 1400-cü illərdə kəşf edilən yüksək texnologiya, insanların əllərindəki cib telefonları, istifadə etdikləri kompyuterlər və buna bənzər texnoloji alətlər vasitəsi ilə rahatlıqla əlaqə saxlamağı təmin edir. Məhz bu texnologiya hicri 1400-cü ildə zühur edən hz. Mehdi (ə.s)-ın görünüşü və səsi ilə bütün dünya insanlarının canlı olaraq əlaqə qurmalarına imkan yaradacaq. (Doğrusunu Allah bilir).

0076