endirilən kitablar
Hz. Mehdi (ə.s)-ın xüsusiyyətləri peyğəmbərlərə endirilən kitablarda bildirilmişdir
Naim, Kaabdan belə rəvayət etdi: “Mən hz. Mehdi (ə.s)-ı PEYĞƏMBƏRLƏRİN SUHUFUNDA (səhifələrində, kitablarında) belə görürəm. Hz. Mehdi (ə.s)-ın əməlində nə zülm nə də ayıb vardır.” (Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri s. 59, Kahraman Neşriyat)
PEYĞƏMBƏRLƏRƏ AİD OLAN KİTABLARDA “hz. Mehdi (ə.s)-ın işi zülm və pislik deyil” deyə işarə edilmişdir.” (Gözlənilən Hz. Mehdinin Əlamətləri, Əl -Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)
Mən, hz. Mehdi (ə.s)-ı, PEYĞƏMBƏRLƏRİN SƏHİFƏLƏRİNDƏ (KİTABLARINDA) belə görürəm: “Hz. Mehdi (ə.s)-ın əməlində nə zülm nə də ayıb vardır.” (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 21)
Rəvayətlərdə, hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərinin və çıxış əlamətlərinin, peyğəmbərlərə endirilən kitablarda olduğu bildirilir. Bu da İncil, Tövrat, Zəbur və daha əvvəl gələn səhifə və kitablarda hz. Mehdi (ə.s)-a aid məlumatların olduğunu göstərir.
Ayədə buna aid belə buyrulur:
Biz, Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.. (Ənbiya surəsi, 105)
İslam alimləri bu ayəni belə təfsir etmişlər:
İmam Baqir və Sadiqdən belə rəvayət edilir: “BURADAKI (AYƏDƏ BİLDİRİLƏN) ‘SALEH QULLAR’, HZ. MEHDİ VƏ… ardı...