dünya

1 8 9 10
ONUN DOSTLARI BULUDLARA MİNİB İSTƏDİKLƏRİ YERƏ GEDƏ BİLƏCƏKLƏR. (Mucem-ul Ehadis-i İmam Mehdi cild: 1,  səhifə: 296; Keşf-ul Ğummə cild: 2 səhifə: 470;  Muntəhab-ul Eser səhifə: 554)

 

Peyğəmbərimiz (s.ə.v), Hz. Mehdi (ə.s)-ın zühur edəcəyi axır zamanda istifadə ediləcək yüksək texnologiyaya bir çox hədisi şərifləriylə diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.v)-in bəhs edilən hədislərində verdiyi əhəmiyyətli məlumatlar  hazırkı dövrümüzdə istifadə edilən bir çox texnologiya yeniliklərlə üst-üstə düşür. Peyğəmbərimiz (s.ə.v)- in xəbər verdiyi axır zaman texnologiyalarından biri də təyyarədir və Hz. Mehdi (ə.s)- ın tələbələrinin də bu texnologiyadan faydalanacaqlarını bildirmişdir. Hədisə görə Hz. Mehdi (ə.s)-ın yaxın tələbələri və ona mənəvi cəhətdən dərindən bağlı olan digər müsəlmanlar, İslam əxlaqının dünya hakimiyyətinə vəsilə olacaq, təbliğ fəaliyyətləri üçün dünyanın dörd bir tərəfinə hava yolları vasitəsi ilə səfər edəcəklər. Peyğəmbərimiz (s.ə.v) bunu “buludlara minib istədikləri yerə gedə biləcəklər” ifadəsiylə çox dəqiq bir şəkildə ifadə etmişdir. Bilindiyi kimi buludlar ümumiyyətlə troposfer təbəqəsində yerləşir, təyyarələr də qitələrarası uçuşlarını bu təbəqənin üstündə yerləşən strotosfer üzərində edirlər.  Nəticədə Peyğəmbərimiz (s.ə.v)- in istifadə etdiyi “buludlara minib getmək” ifadəsi, deyilən bu elmi fikrlərə tam uyğun gəlir.

18

 

Ət-Tövhid əsərindən:

Dəkkak və əl-Varrak; Məhəmməd ibn Harun əs-Sufi Rəvyani vasitəsilə Əbdüləzim əl-Həsənidən rəvayət edər:

Əbul-Həsən əs-Salis [əleyhissalam] əl-Qaim [Mehdi əleyhissalam] haqqında belə buyurdu:

“Zühur edib zülm və haqsızlıqla dolub daşan dünyanı ədalətlə doldurana qədər (Hz. Mehdini) adıyla xatırlamağa icazə yoxdur.” (Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 51, s. 32)

4

İkmalüdi-din əsərindən:

İbn İdris, atası Eyyub ibn Nuh Məhəmməd ibn Sinan Safvan ibn Mihrandan canlı rəvayət edər:

Cəfər Sadiq ibn Məhəmməd [əleyhissalam] buyurdu ki:

“Əl-Mehdi mənim övladımdır. Özünü adıyla xatırlamanıza icazə verilməmişdir.”

(Hədisin oxşari ət-Dakkak, əl-Əsədi, Sehl b. Mahbub, Əbdüləziz əl-ABŞI, İbn Əbu Yafur və Əbu Abdullah [Cəfər Sadiq əleyhissalam] sənədiylə İkmalüdidin əsərində zikr edilmişdir.)

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 51, s. 32.)

4

İkmalüdi-din əsərindən:

Əl-Həmdani, Əli və onun atası vasitəsilə Məhəmməd ibn Ziyad əl-Əzdidən rəvayət edər:

Musa ibn Cəfər [əleyhissalam] əl-Qaim [Mehdi əleyhissalam] ilə əlaqədar danışarkən belə buyurdu:

“Onun mövludu (doğumu) insanlardan gizli tutulmuşdur. İzzət və cəlal sahibi Allah özünü zühur etdirib əvvəldən zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə doldurana qədər onu (Hz. Mehdini) adıyla xatırlamanıza icazə yoxdur.”

Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 51, s. 32.

4

İkmalüdi-din əsərindən:

Atam və İbn Vəlid hər ikisi Sad, Yandırdını, İsmayıl ibn Əban, Əmr ibn Şimr vasitəsilə Cabirdən rəvayət edər:

Əbu Cəfər… ardı...

 

… Əbdüləziz İbn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi ümməti təskin edən, müsəlmanların nizamı, dünyanın ahəngi və möminlərin qürurudur. O, (İmam Mehdi) Allahın qoyduğu həddləri hakim edib Allahın dinini müdafiə edər. Hikmət, gözəl öyüd və dəqiq  sübutlarla insanları Rəbbinin dininə dəvət edər.” (İman və küfr kitabı / üsulu Kafi (əl-Üsul Min əl-Kafi) / əl-Kuleyni, Cild 1)

19

 

1.   Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə dünyanın ömrünün 7000 il olduğu bildirilməkdədir.

Ənəs Malik- dən təxric etdi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏ YEDDİ GÜNDÜR. Allah Təala buyurdu ki: RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını görsə, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə  BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ BOYUNCA SAVAB YAZAR. (Əli B. Hüsaməddin əl-Müttəqi, Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il Axır zaman, səh. 88)

 

Əmr İbn Yəhya, haqqında İbn Zeydə bildirdik, Allah ondan razı olsun dedi ki:

Allahın Rəsulu (s.ə.v) dedi ki: DÜNYANIN ÖMRÜ AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR.

Uca Allah dedi ki: Həqiqətən sənin Rəbbinin qatında bir gün sizin saydığınız  min il kimidir. 

(Əlkəsfu An mucavəzəti Hazihilumme əl Əlf və Əllimə fi ƏcvibƏti əl-Əsilə, Suyuti, səh. 10)

Əttabərani Əlkəbiyr də dedi ki: Əhməd İbn Ənnadril əsgəri və Cəfər İbn Məhəmmədül Aranıya (və ya uryani də ola bilər) bildirdik (xəbər verdik) ikisi də dedilər ki: Əlvəliyd İbn Əbdül Məlik İbn Sərhul Səhranıya xəbər verdik, Süleyman İbn Ataul Qureyşilhərbi xəbər verdik, Sulləmətu İbn Abdillahil Cəhni haqqında Əmr İbn əbi Şəcəati İbn Rabiil Cəhni haqqında Əddəhhaq… ardı...

 
1 8 9 10